Icma.az
close
up
RU
Qurban Qurbanov: İdmançı şərait olmadıqda inkişaf edə bilmir”

Qurban Qurbanov: İdmançı şərait olmadıqda inkişaf edə bilmir”

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Məşqçi olmaq asan iş deyil. Əgər bu gün öz peşəmə sevgi və hörmət göstərmirəmsə, heç vaxt uğurlu məşqçi ola bilmərəm". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun "Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer" adlı birinci panel iclasında çıxışı zamanı deyib.

Mütəxəssis vurğulayıb ki, məşqçi eyni zamanda həm lider, həm də menecer olmalıdır:

"Fikrimcə, məşqçi hər zaman lider rolunda olmalıdır. Xüsusilə futbolda bu xüsusiyyət daha da önəmlidir. Cavabdehlik bizə aiddir və son qərar həmişə baş məşqçiyə məxsusdur. Futbolda belə bir prinsip var: əgər komanda qalib gəlirsə, futbolçular qalib gəlir, əgər məğlub olursa, məğlub olan baş məşqçidir. Mən bu yanaşmanı hər zaman doğru saymışam. Məşqçi idmançıların yanında olmalıdır, çünki biz tələb edirik, onlar isə icra edir. Futbolçulara hər zaman maksimum dəstək göstərilməlidir. Mən hesab edirəm ki, 60 yaşım keçsə belə, özümü inkişaf etdirməyə davam etməliyəm. Məşqçi həm idmançılara nəzarət etməli, həm də fiziki olaraq məşq etməlidir".

Qurbanov, futbolda mövcud problemlərə də toxunub:

"Yaxınlarda Türkiyənin Antalya şəhərinə səfər etdik və oradakı şəraitlə tanış olduq. Futbolda ən vacib amil ötürmələrdir. Əgər məşqlər keyfiyyətsiz meydançada keçirilirsə və hər futbolçunun təxminən 50 ötürmə etməsi tələb olunursa, bu, çox çətin olur. Belə şərait idmançının performansına mənfi təsir göstərir və onların motivasiyasını zəiflədir. Bu baxımdan, Avropa futbolundan geri qalırıq. Bu mövzuda fikirlərimi həmişə açıq şəkildə bildirirəm. İdmançı şərait olmadıqda inkişaf edə bilmir".

O, Azərbaycanda istedadlı gənclərin yetərincə olduğunu da qeyd edib:

"Ümid edirəm ki, ölkəmizdə yalnız idmanda deyil, bütün sahələrdə ən yüksək səviyyəli mütəxəssislər yetişəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sport24.az
archiveBu xəbər 02 Mart 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri