Icma.az
close
up
RU
Qurban Qurbanov: “Məsuliyyətimiz daha da çoxalır”

Qurban Qurbanov: “Məsuliyyətimiz daha da çoxalır”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyunundan (5:0) sonra “atlılar”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik etmək istəyirəm. Dünən baxırdıq, zövq aldıq ki, belə idmançımız var. Olimpiya oyunlarındakı bütün idmançılarımıza uğurlar arzulayıram. Hidayət Heydərova uğurlar arzulayıram, ailəsinə təşəkkür edirəm ki, belə övlad böyüdüblər. Öz komandama gəldikdə, təbrik edirəm. Qələbə öz yerində, çox səliqəli, intizamlı oyuna görə təşəkkürümü bildirirəm. Oyun intizamını qoruyub-saxladıq. Bu, qarşıdakı matçlarda bizə çox vacibdir. Azarkeşlərimizə təşəkkürlər, sayları çox idi. Digər klublarımıza da uğurlar arzulayıram.

– Aleksey Kaşuk oyununuza baxırdı. Onunla maraqlanırsız?
– Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün gəlibsə, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib.

– Sizin üçün “Ludoqorets” uyğun rəqibdir, yoxsa “Dinamo?
– Hansı rəqib düşsün deyə düşünməmişəm. Oyunlarına baxdım. Çünki hər ikisi hər bir halda, rəqib ola bilərdi. Onlar haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. “Ludoqorets” hiss olunur ki, yaxşı komandadır, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma “Dinamo”nun aqressiv, aktiv, cavan oyunçuları çoxdur. Çox istəklidirlər. Hər iki komandanın öz özəliyi var. Gözləyək ki, hansı rəqib olacaq.

– Premyer Liqada yeni mövsüm də başlayır. Mövsümdən nə gözləyirsiz?
– Bəli, dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olur. Çalışırıq ki, liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunları itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də sezonun əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. “Linkoln”la oyunlarda bəzi futbolçularda yorğunluq var idi. Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq.

– Mövsüm yeni başlayıb. Sizcə, bu iki matça baxanda, oyun planında hansı müsbət dəyişikliklər var?
– Avrokuboklara ilk mərhələdən başlamadıq. Futbolçular psixoloji cəhətdən daha hazırlıqlıdır. Ola bilər ki, bəzi oyunçuların təcrübəsi daha da çoxaldı. Xüsusilə də, cavan oyunçularımızın. Üstünlüklər çoxdur.

– “Qarabağ” bu qədər qol epizodu yaradır, bu qədər qollar vurur. Özünüz də hücumçu olmusuz. Heç belə fikir yaranır ki, kaş bu komandada özüm oynayardım?

– Heç, ağlımdan zərrə qədər də keçməyib. Mən burada olsaydım, bu komanda olmayacaqdı.

– Ardıcıl 11-ci dəfə avrokuboklarda qruplarda oynayacaqsız. Bu, sizin üçün nə deməkdir?

– Məsuliyyətimiz daha da çoxalır. Azarkeşlərin istəyi, tələbi daha da çoxalır. Tək mən yox, klub və futbolçular olaraq hamımız bunu dərk etməliyik ki, bunu qoruyub-saxlamaq üçün nə etməliyik? Bir cavabı var, o da çox çalışmaq. Qarşıya qoyulan minimum məqsədə çatdıq. Amma azarkeşlər bundan razıdır? Yox. Özümüz də yox. Daha da irəliyə getməyə çalışırıq. Məsuliyyət və iş saatımız daha da çoxalır.

– AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere olacaq. Bu təyinata münasibətiniz necədir? Əcnəbinin HK-nin sədri olması yaxşıdır?

– İcraiyyə Komitəsinin son iclasında iştirak etmədim. Ölkədə yox idim. Fayda verəcək, ya verməyəcək, deyə bilmərəm. Hamımız üçün yeni simadır. Çox istəyərdim ki, bizim azərbaycanlılar orada olsun. Əgər belə qərar qəbul olunubsa, hansısa nüanslara görə olunub. Yaxın vaxtlarda orada da öz hakimlərimizi yetişdirmək lazımdır. Bir az fərqli mövqelərdir. Hakimlik və HK-nin sədri… Bəlkə də sədr olaraq, rəhbərliyə kadr tapmaq çətin oldu. Amma hər bir rəhbər hazırlamaq üçün vaxt lazımdır. Dərindən düşünmək lazımdır ki, o insanı həmin vəzifəyə qoysaq, idarəçiliyi apara bilər, ya olmaz. Çox istəyərdim ki, həmin sahələrdə, futbola aid sahələrdə öz kadrlarımız yetişsin, böyüsün, yaxşı idarəçilərimiz olsun. Yəqin ki, get-gedə qarşıdakı iclaslarda müzakirələr olacaq… Bir ildən, iki ildən sonra… Ümumi səsə qoyulacaq ki, hər sahədə öz kadrlarımız olsun. Bu da Azərbaycan futbolunun inkişafı üçün yollardan biri olmalıdır. Yeni gələnə də uğurlar arzulayıram. Keçən il hakimlikdən narazılıqlar çox oldu. Bəzən narazılıq çox olanda hakimlər də oyunu sərbəst idarə edə bilmirlər. Bilməyərəkdən də, yanlışlara yol verirlər. Hakimliyimiz kökü var. Olubsa, deməli yenə yaxşı ola bilər, inanıram ki, olacaq da.

– 11-ci dəfə avrokuboklarda qruplara vəsiqə qazandınız. Bu, heyəti qorumaq üçün sizə çətinlik yaradır. Transfer etmək üçün xeyir verir, yoxsa çətinlik yaranır?

– Buna normal baxıram. Hansı komandada uğur varsa, hansı futbolçu uğur qazanırsa, ona maraq çoxalır. Təcrübəmiz daha da çoxalır. Avropa arenasında daha da çox tanınırıq. Sırf komanda kimi yox, funksionerlərimiz digər klublarla təmasda olurlar, ünsiyyətləri olur. Bizim öz yerli kadrlarımızın, klub rəhbərliyində olan şəxslərin dünya görüşünün, futbolun inkişafının, həm də transfer mərhələsində daha da təcrübəli olmasına gətirib çıxarır. Əlimizdə şansımız varsa, heyətimizi maksimum qoryub-saxlamalıyıq. Hər il müəyyən müddət var. Ən çox vaxt ayırdığımız sahələrdən biri transferlərdir. Oyunçuları izləyirik. Amma elə olub ki, 4-5 transfer birdən etmişik, bəzən olub ki, heç etməmişik. Normal prosesdir. Çətinlik olsa da, futbolçularımızı qorumağa çalışırıq. Bu komanda 4-5 illik komanda deyil. 3-4 ildən bir komandada kiçik problem olduğu vaxtlar olur. Bizdə bu günə kimi 80-90 faiz pis alınmayıb. Hər bir futbolçu fikirləşmir ki, Avropada şansımız böyükdür. İlk olaraq çempionatımıza baxırlar. Premyer Liqamız real olaraq, Avropadakı çempionatlardan aşağıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Aprel 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri