Icma.az
close
up
RU
Qurban Qurbanov vacib mövzularla bağlı sual atəşinə tutuldu

Qurban Qurbanov vacib mövzularla bağlı sual atəşinə tutuldu

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib.

QOL.az sportal.az saytına istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının 19-cu turunda "Şamaxı”ya qalib gəkdikləri matçdan (3:2) jurnalistlərin suallarını cavablandırıb:

- Bugünkü matçda çatışmazlıqlarımız çox idi. Bu gün sürət, dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. "Şamaxı" öz oyununu get-gedə daha da təkmilləşirir. Ayxana uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm.

- "Qarabağ"ın bu gün iki qol buraxması sizin üçün sürpriz oldu?

- "Şamaxı"nın özünəxas oyun üslubu var. Məni qol buraxmağımız narahat edir. Müdafiədə daha diqqətli olmalıyıq. Bu cür bəsit qollar buaxmaq olmaz. Bu oyun üslubunu "Şamaxı" yaxşı yerinə yetirir. Bilirlər ki, meydanda necə yerləşmək lazımdır. Texniki səhvlərimiz oldu. Məni narahat etdi. Belə buraxılan qolların komandaya faydası çox olur. Oyunun gedişatında daha ciddi və diqqətli olmalıyıq.

- Yoxlama oyunlarında gəncləri sınadınız. Premyer Liqa matçlarında da belə olacaq?

- Hələ tezdir. Baxacağıq. Amin Rzayevin 16 yaşı var. Bərkiməlidir. Davud Məsumov da var. Bir ay idi ki, komanda ilə məşq edirdi. Baxacağıq. Görsək ki, onun sürətə dözmə qabiliyyətləri var, şans verəcəyik.

- Mateus Silva sanki müdafiənin mərkəzində oynamağa öyrəşməyib. Bəhlul Avroliqada FKSB (Rumıniya) ilə matçda oynaya bilər, yoxsa planlar başqadır?

- Fərqli səhvlər idi. Mövqe səhvi olduğunu demək doğru deyil. Mateusun başqa üstün keyfiyyətləri var. Sabah Kevin də, Mateus da əsas heyətdə olmaya bilər. Hər bir oyunçunun oynamaq ehtimalı var. Bəzən heyəti rəqibə görə də formalaşdırırıq. Bəhlul komanda ilə məşqərə başlayıb. Beş günümüz var. Duruma baxacağıq.

- Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, “Sent-Etyen”də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?

- Vadjiyə diqqət ayırmamışıq. Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər.

- "Qarabağ" qışda hələ də oyunçu almayıb. İcraiyyə Komitəsinin legioner limiti ilə bağlı qərarını gözləyirsiniz?

- Az müddət oldu. Juninyo getdi, çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq. Müddət çox az idi. Hazırda oyunçu götürməyimiz üçün limitin bura aidiyyatı yoxdur. İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bəzi rotasiyalar edirdik heyətdə. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq.

- Yassin Benzianın mövqeyində kimi görəcəyik?

- Andrade də, Zubir də ola bilər. Rəqibdən, edəcəyimiz rotasiyalardan asılıdır. Hər ikisinin o mövqedə oynamaq potensialı var.

- FKSB-ni analiz etmisiz. O komanda haqda nə deyə bilərsiz?

- Ağır komandadır. Çox intizamlı oyun üslubları var. Meydanın mərkəzində 10 nəfərlə müdafiə olunurlar. Bütün oyunlara baxırıq. Fiziki cəhətdən bərk komandadır. Asan rəqib kimi görünmür. Çalışacağıq ki, daha aktiv olaq. Çünki çox təhlükəli əks-hücumları var, standart vəziyyətlərdə təhlükəlidirlər. Sırf nəticəyə oynaya bilirlər. Tipik Avropa komandası kimi intizamlıdırlar.

- Mediada bəzi futbolçuların "Qarabağ"la adı hallanır. Bunlar Qurban Səfərov və Denis Ədilovdur. Siz bu məsələlərdə məlumatlısız? Əvəzedici heyətin gücləndirilməsini istəyirsiz?

- Tam məlumatlı deyiləm. Aftandil Hacıyev oradadır. Çox keyfiyyətli iş görür. Özü də bilir ki, ona çox güvənirik. 100 faiz qəbul olunduqdan sonra öz fikirlərimi bildirərəm. İndi tam ətraflı cavab verə bilməyəcəm. Orada da yaxşı kollektiv formalaşdırmaq istəyirik. Çünki əvəzedici heyət də bizim üçün vacibdir.

- Gələn həftə AFFA İK-nin iclası olacaq. Beş illik strategiya planına ümidlisiniz?

- İnanın ki, çox istəyərəm sizinlə Azərbaycan futbolu haqda ətraflı danışaq. Əgər bu qərar qəbul olunmayıbsa, ictimaiyyətə açıqlanmayıbsa, sizə fikir bildirə bilməyəcəm.

- Strategiya açıqlandıqdan sonra deyəcəksiniz ki, filan təklifi mən vermişdim?

- Özüm təklif verməmişəm. Ümumi diskussiya gedib. Öz fikirlərimizi hansısa formada bildirə bilərik. Belçika şirkətinin təcrübəsi böyükdür. Olsa, deyəcəm, olmasa deyəcəm.

- İK-də futboldan başı çıxan iki nəfər var...

- Bir az hörmətlə yanaşmaq lazımdır. Futboldan başı çıxmaq ağır kəlmədir. Orada oturan insanların hər biri də məsuliyyətlidir. İstənilən qurumda əyləşənlərə hörmətlə yanaşmalıyıq. İş onlara tapşırılıbsa, qərarları gözləmək lazımdır. Bu tip suallardan qaçıram. Sadəcə tövsiyəm odur ki, istənilən şəxsə, sahəyə, xüsusən mediada bildiriləsi fikrə hörmətlə yanaşaq. 

- Fasilə müddətində ən çox müzakirə edilən legioner limitinin ləğvi idi. Siz bu haqda nə düşünürsüz?

- Neçə dəfə cavab verim? (gülür). Cavabım eynidir. Fikir bildirməyim düzgün olmazdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Yanvar 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri