Icma.az
close
up
RU
Qurbanov haqqında bütöv bir kitab yaza bilərəm Yankoviç Qarabağ ı yerə göyə sığdırmadı!

Qurbanov haqqında bütöv bir kitab yaza bilərəm Yankoviç Qarabağ ı yerə göyə sığdırmadı!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Marko Yankoviçin "Mozzart Sport"a müsahibəsinin ardı...
- Heç bir avrokubok matçında zəif rəqib olmamısız. Bu mövsüm "Qarabağ"ın oyunlarını izləyən hər kəs komandanın istənilən rəqibə qarşı hücum etmək istədiyini, heç nədən qorxmadığını görüb...
- Xüsusiyyətlərimiz əsasən fiziki hazırlığa əsaslanır. Bu olmasaydı, bu səviyyədə etdiyimiz işlərin bir faizi belə olmazdı. Meydanda bir şeyə nail olmaq üçün fiziki və taktiki cəhətdən yüksək səviyyədə olmaq lazımdı. Eyni zamanda, futbol haqqında bir-iki şey də bilirik. Hamı ilə rəqabət aparmağa çalışırıq. Bəzən yaxşı nəticələnir, bəzən isə sadəcə, buna can atırıq.
- Son üç mövsümdə inanılmaz eniş-yoxuşlar yaşamısız. 2024-cü ilin yazında Avropa Liqasının 1/32 final mərhələsində "Bayer-04"ə qarşı dəlisov oyunlar keçirdiz, sonra 2024/25 mövsümündə Avropa Liqasında sonuncu yerdə qərarlaşdız və bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırsız.
- Bəzi şeylər olur. "Barselona", "Real" və ən böyük klublar bir mövsüm irəliləyiş əldə edirlər, amma növbəti mövsüm bu ardıcıllığı qoruya bilmirlər, çünki bu asan deyil. İndi isə "Qarabağ" kimi komandanə təsəvvür edin. Kimsə gedən kimi, təklif alan kimi və ya məsələn, bizə gələn kimi komandanın tərkibi dəyişir. Eyni zamanda, bəzən hər şeyə nail olduğumuzu düşünürük və bu bizi məyus edir. Ən kədərlisi odu ki, ötən mövsüm Avropa Liqasında çox yaxşı oynadıq, amma heç bir xal toplaya bilmədik (3 xal toplayaraq sonuncu yeri tutublar – red.). Bu mövsüm daha çox motivasiya, yeni oyunçular və enerji ilə başladıq. Şans olmadan çətindi, amma mən həmişə inanıram ki, şans zəhmətlə gəlir. Bu mövsüm şanslıydıq, amma gələn mövsüm eyni komanda çətinliklə Konfrans Liqasına vəsiqə qazana bilər. Komanda daxilində bu cür diqqət və motivasiyanı saxlamaq məşqçi üçün çox çətindi.
“Qurbanov haqqında bütöv bir kitab yaza bilərəm”
- Məşqçi Qurban Qurbanov canlı futbol əfsanəsidi. O, 2008-ci ildən bəri "Qarabağ"a rəhbərlik edir, komandanı doqquz dəfə Avropa Liqasında qrupa, iki dəfə Çempionlar Liqasına və 11 dəfə çempionluğa aparıb. O, inanılmaz bir sıçrayışa nail olub. Qurban Qurbanovun xarakteri necədi?
- Onun haqqında bütöv bir kitab yaza bilərəm. Onun ambisiyası, iradəsi, istəyi və əzmi var... Daim hər mənada inkişaf etməyə və irəliləməyə çalışır və ən əsası bunu oyunçularına ötürür. Əsas məsələ budu. Bu, çox səbr tələb edir, eyni istiqamətdə hərəkət etməli olan 20-30 nəfər tərəfindən daim izlənildikdə asan deyil. Amma 99,9 faiz o, buna nail olur.
- Sorğusuz itaət edilən liderdi?
- O, oyunçularından çox şey tələb edir və son dərəcə tələbkardı. "Qarabağ" hər futbolçu üçün uyğun klub deyil. Bir çox yüksək səviyyəli oyunçu bura uyğun gəlmir. O, xüsusi tipdi. Komandamız əsl ordudu. Nə edilməli olduğunu və nəyin edilməli olduğunu dəqiq bilirik.
- Görünür, karyerasının sonuna qədər "Qarabağ"ı çalışdıra bilər...
- O “bəsdi” deyənə qədər belə də olacaq. Deyərdim ki, komandaların 90 faizi onu “sükan arxasında” görmək və ona şans vermək istərdi, amma Qurbanov kluba sadiqdi. Baş məşqçi küldən bir şeylər qurdu, komandanı dirçəltdi və Azərbaycanı qlobal futbol xəritəsinə saldı. Azərbaycanın dünyadakı ən yaxşı səfiridi. Onun başqa komandanı çalışdıracağını düşünmürəm. O qalacaq, nə qədər müddətə qalacağını bilmirik. Hələ də cəsarəti, motivasiyası və gücü var, onu irəlidə əla nəticələr gözləyir. Qurbanov haqqında filmlər çəkilib, o, çoxlu mükafat qazanıb, adına stadion və ya məşq mərkəzi tikmək barədə söhbətlər gedir. O, sakit, çox sakit bir insandı.
- "Qarabağ" 30 ildən çoxdu işğal nəticəsində viran qalmış Ağdam şəhərində oynamır. Komanda iki stadionda oynadığı Bakıda məskunlaşıb. Liqa oyunlarınıza 4600 nəfərlik “Azərsun Arena” evsahibliyi edir, 30000 nəfərdən artıq tutan “Tofiq Bəhramov”da avropalı rəqiblərinizi qəbul edirsiz.
- Fərqli atmosferdi. Avrokuboklarda oynadığımız zaman stadion dolu olur. Nəticələrimiz yaxşılaşdıqca, xüsusən də son bir neçə ildə populyarlığımız artır. Heç bir oyunçu evindən çıxa bilmir. Bizi nə qədər insanın izlədiyini təsəvvür edə bilməzsiz. Sonra daxili liqa başlayır və o qədər də maraq yoxdu. Liqada azarkeşlərin olması bizim üçün də vacib olardı. Onlar motivasiya və məsuliyyət hissi verirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see682

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see178

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see136

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri