Qurbanov Şeydayevi əvvəlki formasına qaytaracaq AÇIQLAMA
Icma.az bildirir, News24 portalına istinadən.
"Ramil Şeydayev əvvəllər "Qarabağ" futbol komandasında oynayıb və Qurban Qurbanov onun potensialına bələddir".
Bu sözləri News24.az-a "Qarabağ"a yenidən qayıdan Ramil Şeydayev haqqında danışan futbol şərhçisi Ceyhun Sultanov deyib.
Onun sözlərinə görə, Şeydayevin komandaya geri dönməsinə təsadüfi qərar verilməyib:
“Əgər Ramil Şeydayevi yaxından tanımasaydılar, qayıtmasına razılıq göstərməzdilər. İnanıram ki, onu əvvəlki formasına qaytarıb yenidən yüksək səviyyədə oynamağa vadar edəcəklər”.
Ceyhun Sultanov əlavə edib ki, Şeydayev “Sabah”, “Neftçi” və digər klublarda uğurlu çıxış etməsə də, “Qarabağ”da həmişə yaxşı oyun nümayiş etdirib:
“Fikrimcə, o formaya qayıtmaq üçün Qurban Qurbanov onun üzərində xüsusi işləyəcək. Şeydayevə uğurlar arzulayıram”.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 19 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















