Icma.az
close
up
RU
Qusarda Media Kuboku 2026 minifutbol turniri start götürüb

Qusarda Media Kuboku 2026 minifutbol turniri start götürüb

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb.

Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda tarixən nəşr olunmuş "Əkinçi", "Ziya", "Tərəqqi" və "Həyat" kimi adlandırılıb.

Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Digər təşkilatçı Yurd.Media-nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə çap və onlayn media, həmçinin televiziya kanallarının həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən nümayəndələri öz qüvvəsini sınayacaq.

O vurğulayıb ki, belə yarışlar mətbuat işçiləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfəsini verir.

Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov çıxışında jurnalistlər arasında təşkil olunan belə turnirlərin əhəmiyyətini qeyd edərək bütün iştirakçılara uğurlar arzu edib.

Sonra tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim olunub.

Ardından yarışa start verilib.

Turnirin ilk oyununda ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan "Əkinçi" komandası informasiya agentliklərinin jurnalistlərindən ibarət "Ziya" komandasını 5:3 hesabı ilə məğlub edib.

Sonra televiziya nümayəndələrinin olduğu "Həyat" komandası idman jurnalistlərindən ibarət "Tərəqqi" komandası ilə qarşılaşıb. Bu oyunda isə idman jurnalistləri 3:2 hesablı qələbə qazanıblar.

Beləliklə, iyulun 19-da keçiriləcək final oyununda "Əkinçi" "Tərəqqi" ilə, 3-cü yer uğrunda oyunda isə "Ziya" ilə "Həyat" komandaları üz-üzə gələcək.

Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 İyul 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri