Icma.az
close
up
RU
Rabatda “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans işini yekunlaşdırıb AZƏRTAC

Rabatda “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans işini yekunlaşdırıb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində keçirilən “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans işini panel sessiyalarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə “Dini birgəyaşayışda ən yaxşı təcrübələr. Dini tolerantlıq və birgəyaşayışın Azərbaycan modelinin tədqiqi, uğurlu təşəbbüslərin və təcrübələrin işıqlandırılması” mövzusunda keçirilən ikinci sessiyada çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkəmizdə mədəniyyətlərarası dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkib. Deputat bildirib ki, multikulturalizm xalqımız üçün həyat tərzidir. Bu mühitin yaranması ölkə Konstitusiyasında dünyəvi dövlət və din münasibətlərinin doğru tənzimlənməsi ilə birbaşa əlaqəlidir. Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan torpaqlarında, eləcə də Ermənistanın ərazisində yüzlərlə məscid və mədəni irs nümunələrini məhv etdiyini diqqətə çatdıran F.Müstafa, bu prosesin əsas təbliğatçılarının da məhz Erməni Qriqorian Kilsəsinə mənsub din xadimləri olduqlarını vurğulayıb.

İtaliya Respublikasının “Global Christian-Muslim-Marian Committee” təşkilatının rəhbəri Nadir əl-Akkad bildirib ki, sülhsevər ölkələr bəşəriyyətin qurtuluşunu dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür. Bu baxımdan, dünyada örnək kimi qəbul edilən multikulturalizm və tolerantlığın Azərbaycan modeli mühüm siyasi məna daşıyır.

Dünyanın dinlərarası münasibətlər məsələsində ciddi problemlərlə üz-üzə olduğunu deyən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) zorakılığa haqq qazandırmaq üçün çox vaxt dini ritorikadan istifadə edildiyini, radikalizm və ekstremizmin bunun təzahürü olduğunu bildirib. Azərbaycan dövlətinin din siyasətinin ən mühüm prinsiplərinin tolerantlıq, inanc və ibadətlərdəki fərqlərə hörmət bəsləmək olduğunu söyləyən yepiskop vurğulayıb ki, bu model ksenofobiya və radikalizmin artdığı müasir dövrdə neqativ çağırışlara qalib gəlməyin mümkünlüyünü sübut edir.

Heydər Əliyev Fondu Heydər Əliyev irsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev Fondun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyini, ölkənin sosial-iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Fondun əsas məqsədlərindən biri dini tolerantlığın bərqərar olmasına, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməkdir.

“Zeytouni” Universitetinin professoru, Tunis Respublikasının keçmiş dini işlər naziri Abdeljalil Salem dünyanın mövcud problemlərinin həllində qarşılıqlı anlaşma və dialoqun əhəmiyyətini diqqətə çatdırıb.

Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal əsrlər boyu Azərbaycanda bir çox xalqın nümayəndələri arasında dostluq münasibətlərinin mövcud olması haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek xristianlığın ölkəmizdə yayılmasının tarixi və Roma Katolik Kilsəsi ilə Azərbaycan arasında tarixi münasibətlər haqqında danışıb. Marek qeyd edib ki, katolik icması hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini hiss edir.

Hər iki sessiya başa çatdıqdan sonra açıq müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb və şərhlər dinlənilib.

ICESCO Baş direktoru Salim Əl-Malik "Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi" mövzusunda təşkil olunan beynəlxalq konfransın yekununda çıxış edərək bir neçə mühüm məsələni vurğulayıb. O, dinlərarası dialoqun və harmoniya prinsipinin müasir dünyada dinc birgəyaşayışın təmin edilməsi üçün əhəmiyyətini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbirin əhəmiyyətini qeyd edib, müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. Sədr bildirib ki, Azərbaycan tolerant və multikultural mühiti, İslam dəyərlərinə hörmət və sədaqətinə görə ICESCO ilə eyni dəyər və prinsipləri bölüşür. Dövlət Komitəsi müxtəlif təşəbbüslərlə Azərbaycanın nümunəvi dini harmoniya modelinin təbliği və inklüziv dini siyasətin effektivliyinin nümayişi üçün yerli və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir. Komitə sədri İslam aləminin zəngin mədəni irsinin qorunmasında böyük uğurları olan, dünya miqyasında çox önəmli nüfuza malik bir təşkilat kimi ICESCO-ya yüksək səviyyəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov bildirib ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından əhəmiyyət kəsb edən belə tədbirlərin davamlı keçirilməsi zəruridir.

Qeyd edək ki, konfransda Azərbaycan Respublikası və Mərakeş Krallığının dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatlar, diplomatik korpus və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dini liderlər, siyasətçilər, alim və tədqiqatçılar iştirak ediblər. Konfransın məqsədi dinc birgəyaşayışın, qarşılıqlı hörmət və dini tolerantlığın vacibliyini, Azərbaycanın dini müxtəliflik modelini təşviq etmək, dini liderlər, siyasətçilər və alimlər arasında dialoqu və əməkdaşlığı gücləndirmək, dini dözümsüzlüyü aradan qaldırmaq istiqamətində ən yaxşı təcrübələri bölüşməkdir.

Konfrans çərçivəsində təşkil edilən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgidə Azərbaycanda mövcud olan dini müxtəliflik və tolerantlığa, eləcə də ICESCO tərəfindən mədəniyyət paytaxtı kimi tanınan Şuşaya aid fotolar nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri