Icma.az
close
up
RU
Rabitəbank dan ölkədə ilk Uşaqlar üçün maliyyə üzrə mobil tətbiq: Rabita Junior

Rabitəbank dan ölkədə ilk Uşaqlar üçün maliyyə üzrə mobil tətbiq: Rabita Junior

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dövrdə maliyyə savadlılığı yalnız böyüklər üçün deyil, uşaqlar üçün də vacib bacarıqdır.

"Unikal" xəbər verir ki, "Rabitəbank" bu yanaşmanı rəhbər tutaraq ölkəmizdə ilk dəfə olaraq 7–17 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş innovativ maliyyə mobil tətbiqi- Rabita Junior-u istifadəyə verib. 

Rabita Junior sadəcə bir mobil tətbiq deyil. Bu, uşaqların maliyyə ilə ilk tanışlığını düzgün, məsuliyyətli və şüurlu şəkildə qurmaq üçün hazırlanmış, gələcək nəsillərin daha savadlı, planlı fərdlər kimi formalaşmasına xidmət edən müasir texnoloji platformadır. Tətbiq valideynlərə övladlarının maliyyə davranışlarını təhlükəsiz və rahat şəkildə izləməyə, xərclərini idarə etməyə və onlara düzgün maliyyə vərdişləri qazandırmağa imkan yaradır. Tətbiq Kartmane Junior kartı ilə birlikdə təqdim olunur və uşaqlara büdcə idarəsini öyrətmək üçün real imkanlar təqdim edir. Bu, həm də onların müstəqillik hissini gücləndirən və öz maliyyə qərarlarını formalaşdırmağa təşviq edən bir addımdır.

Tətbiqin əsas üstünlükləri:

- Valideyn tərəfindən xərclər üzrə gündəlik və aylıq limitlərin təyin olunması;

- Kartın valideyn tərəfindən istənilən vaxt bloklanması və bütün əməliyyatlara real vaxtda nəzarət;

- Uşaqların ödəniş etdikcə keşbek qazanması, pul yığması və tapşırıqları yerinə yetirərək mükafat alması;

- Əyləncəli obrazlarla maliyyə savadlılığının oyun formatında inkişafı;

- EU/AZN/USD valyutalarında istifadənin mümkünlüyü; Statistika bölməsində xərclərin rahatlıqla təhlili;

- Ödənişsiz standart kart və Rabita Mobile tətbiqi üzərindən cəmi bir neçə dəqiqəyə sifariş imkanı.

Rabita Junior ilə "Rabitəbank" bir daha göstərir ki, texnoloji yenilik yalnız rahatlıq yaratmaq üçün deyil, həm də cəmiyyətə fayda vermək, maarifləndirmək və gələcəyi formalaşdırmaq üçün mükəmməl vasitədir.

Bu təşəbbüs gələcək nəsillərin maliyyə baxımından daha savadlı və məsuliyyətli yetişməsinə verilən dəyərin göstəricisidir. Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri