Icma.az
close
up
RU
Radiasiya həqiqətən xərçəng yaradır KONKRET

Radiasiya həqiqətən xərçəng yaradır KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Radiasiyanın insan sağlamlığına təsiri uzun illərdir həm elm, həm də cəmiyyət üçün aktual mövzulardan biridir. Xüsusilə, son dövrlərdə texnoloji inkişaf, tibbi prosedurlar və müxtəlif sənaye sahələrində radiasiya ilə təmasın artması bu məsələyə marağı daha da yüksəldib. Bəs radiasiya insan orqanizminə necə təsir edir və həqiqətən də xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, radiasiyanın insan sağlamlığına təsiri birbaşa məruz qalınan doza ilə bağlıdır.

“Müəyyən həddə qədər olan radiasiya dozası orqanizmdə geri dönə bilən proseslər yaradır.
Radiasiya DNT-ni zədələmə qabiliyyətinə malikdir və bu da xərçəng xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Əgər insan 100 millizivertdən (mSv) yüksək radiasiya dozasına məruz qalarsa, bu zaman xərçəngin yaranması üçün ciddi zəmin formalaşır. Daha aşağı dozalar isə adətən təhlükəli hesab edilmir”.

Ekspert vurğulayıb ki, xüsusilə uzun müddət radiasiyaya məruz qalmaq daha böyük riskdir.

“Bu halda hüceyrə strukturlarında pozulmalar baş verir, nəticədə şiş hüceyrələri əmələ gəlir.

Uzunmüddətli təsir zamanı onkoloji proseslərin yaranma ehtimalı artır. Bu səbəbdən radiasiya ilə işləyən şəxslərə qoruyucu tədbirlərə ciddi əməl etmək tövsiyə olunur”.

F.Museyibov əlavə edib ki, radiasiya yalnız zərərli deyil, tibbdə müalicə məqsədilə də istifadə olunur. Xüsusilə şüa terapiyası xərçəngin müalicəsində geniş tətbiq edilir:

“Şüa müalicəsində əsas məqsəd şiş hüceyrələrini məhv etməkdir. Bu zaman radiasiyanın dozası, verilmə müddəti və şişin yerləşdiyi nahiyə dəqiq hesablanır. Müalicə prosesi tam nəzarət altında aparılır ki, sağlam toxumalara minimal zərər dəysin”.
Mütəxəssis sonda qeyd edib ki, radiasiya ilə təmasda olan şəxslər təhlükəsizlik qaydalarına əməl etməli, uzunmüddətli və nəzarətsiz təsirdən uzaq durmalıdırlar.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Aprel 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri