Icma.az
close
up
RU
Radiasiya təhlükəsi zamanı nə etməli? Ekspert izah edir

Radiasiya təhlükəsi zamanı nə etməli? Ekspert izah edir

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda İranda müşahidə olunan gərgin vəziyyət regionda ciddi narahatlıqlar doğurur. Xüsusilə də ABŞ-nin bu ölkəyə hərbi hücumu baş tutarsa, nüvə obyektlərinin hədəfə alınacağı ehtimalları müzakirə olunur.

Belə bir hal baş verərsə, nüvə obyektlərinə mümkün hücum zamanı yayıla biləcək radiasiya Azərbaycanın ərazisinə təsir göstərə bilərmi? Əgər təsir göstərərsə, insanlar radiasiyadan qorunmaq üçün ilk olaraq nə etməlidirlər? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Dinc Dünya" Araşdırma Mərkəzinin sədri, "Konflikt jurnalistikası məktəbi"nin qurucusu Əlisəfa Mehdiyev bildirdi ki, İranda uran hansısa nüvə silahının yaradılması səviyyəsinə qədər zənginləşdirilməyib. Onun sözlərinə görə, bu da onu görsədir ki, indiki vəziyyətdə nüvə obyektləri dağıdılarsa, ciddi radiasiya qorxusu yarana bilməz:

"Birbaşa və dərhal kütləvi təhlükə ehtimalı aşağıdır. Bilməliyik ki, İranda uranın zənginləşdirilməsi laboratoriyası yer səthindən təxminən 80 metr dərinlikdə yerləşir. Deyilənlərə görə, İsrailin hava zərbələrindən sonra bu laboratoriyanın yerüstü infrastrukturu dağıdılıb. Risk məsələsini isə yalnız müəyyən şərtlər daxilində izah etmək olar. Bunun üçün öncədən bir neçə əsas məqamı bilməliyik. Məsələn, hansı obyekt vurulub, uranın zənginləşdirilməsi zavodu, tədqiqat reaktoru, yoxsa enerji reaktoru? Zərbənin forması nə olub, adi hava hücumu, yeraltı partlayış, yoxsa obyektin tam məhv edilməsi? Meteoroloji şərait necədir, küləyin istiqaməti hansı yöndədir, xüsusilə cənub-şərqdən şimala, yəni Azərbaycana doğru hava axını varmı, yağıntı nəticəsində radioaktiv “yağış” riski mövcuddurmu, həmin ərazidən bura doğru radioaktiv buludların hərəkəti mümkündürmü? Bütün bunları bilmək lazımdır. Bu sınaq və nüvə obyektləri Azərbaycan sərhədlərindən təxminən min kilometr uzaqlıqda yerləşir. Həmin ərazidən Azərbaycana doğru birbaşa hava axını yoxdur və gilavar küləyi belə bir təhlükəni bu məsafəyə qədər daşıya bilməz. Bütün bu amillər təhlil edildikdə aydın olur ki, radiasiyanın ölümcül səviyyədə Azərbaycana çatması ehtimalı son dərəcə aşağıdır. Bununla belə, İranda belə bir fəlakət baş verərsə, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə mümkün lokal radioaktiv çirklənməni vaxtında aşkarlamalıdır. Çünki belə hallar özünü torpaq, su və kənd təsərrüfatı məhsullarına uzunmüddətli təsir formasında göstərə bilər. Cəmiyyətdə yaranan psixoloji təlaş başa düşüləndir. Yəni burada məsələ daha çox ekoloji və sosial təhlükəsizliklə bağlı narahatlığın artmasıdır, dərhal kütləvi ölüm qorxusu deyil".

Müsahibimiz radiasiya zamanı insanların etməli olduqlarından da bəhs etdi:

"Havada radiasiya yayımı duyulunca, o ərazidən insanlar sağlam ərazilərə köçürülürlər. Azərbaycanın ərazisi balaca olduğundan bu barədə düşünməyə dəyməz. Bununla belə, FHN ekspertləri radiasiya qorxusu elan edərsə, insanlar açıq havaya çıxmamalı, qapalı yerlərdə daldalanmalıdırlar, pəncərəni, qapını ventilyasiya yollarını bağlamalıdırlar, küçədən gələn kimi paltarları çıxarıb uyğun qaydada yumalıdırlar, bədənin çöldə olarkən açıq qalmış yerlərini yumalıdırlar. Bu vəziyyətdə açıq su mənbələrindən yararlanmaq qadağandır, küçədən gətirilmiş meyvə-tərəvəzi yuyub yemək gərəkdir. Dincliyi qorumaq, həyəcan keçirməmək, yaşayış yerindən getməmək, şayiə yaymamaq gərəkdir.
Sahə ekspertləri məsləhət görür ki, yod preparatları yalnız rəsmi göstərişlə qəbul edilməlidir. Özbaşına qəbulu qorxuludur".

Əlisəfa Mehdiyev qeyd etdi ki, vətəndaşlara əleyhqazların paylanılması fikri tez-tez müzakirəyə gətirilir. Onun sözlərinə görə, radiasiya riski sıfıra bərabər olduğuna görə, əhaliyə əleyhqaz paylanılması gülüncdür:

"Əleyhqaz ionlaşdırıcı radiasiyanı saxlamır. O yalnız radioaktiv toz, kimyəvi maddə, bioloji aerozollar üçün effektlidir. O cümlədən, əhali əleyhqazdan düzgün istifadəni bilmir. Bu, yanlış təhlükəsizlik illüziyasından başqa bir düşüncə deyil, əksinə təşviş riski yaradır. Əleyhqaz FHN və mülki müdafiə qüvvələrinə, radioloji monitorinq qruplarına, xilasetmə və dezinfeksiya briqadalarına gərəkdir. Bunun əvəzində əhaliyə öyrətmək gərəkdir ki, belə fövqəladə hal baş verərsə, sığınacaqlarda yerləşmə qaydalarını, evdə qalma rejimini bilsinlər. Rəsmi informasiya kanallarını izləsinlər. Stratejik olaraq deməliyik ki, belə hallarda təkcə FHN-nin texniki öhdəlikləri yetərli deyil. Media informasiya təhlükəsizliyini təmin etməli, cəmiyyətdə nəinki təlaş yaratmalı, əksinə panika idarəçiliyinin həllinə yardım etməyə çalışmalıdır. Bu, medianın məsuliyyəti və cəmiyyət qarşısında xidmətidir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri