Icma.az
close
up
RU
Rafael Ağayev təzyiqlərə sinə gərir: Dünya və Avropa çempionu layiq olmadığı münasibət görür

Rafael Ağayev təzyiqlərə sinə gərir: Dünya və Avropa çempionu layiq olmadığı münasibət görür

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rafael Ağayev Azərbaycan idmanının ən uğurlu simalarındandır. Onu karatenin canlı əfsanəsi də adlandırmaq olar. Rafael Ağayev 6 dəfə dünya, 11 dəfə Avropa çempionu olub. Karateçi 2020-ci il Yay Olimpiya Oyunlarında gümüş medal qazanmağı da bacarıb.

Bizimyol.info xəbər verir ki, Rafael Ağayev 2024-cü il fevralın 14-də Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti təyin olunub. Dünya və Avropa çempionu bir neçə gün əvvəl müsahibəsində istefa qərarına açıqlamışdı. O özünə qarşı laqeydlik gördüyünü, bir il ərzində maaş almadığını bildirmişdi. İdmançının dediyinə görə, müsahibədən sonra ondan yayılan videonun silinməsini tələb ediblər. Rafael Ağayev isə bundan boyun qaçırıb.

Rafael Ağayevin karate dünyasında xüsusi çəkisi var. Onu 21-ci əsrin ən yaxşı karateçisi adlandıranlar az deyil. Beynəlxalq karate təşkilatlarının sosial media hesablarında Rafaelin döyüşlərini əks etdirən xeyli video görmək mümkündür. Bir sözlə, Rafael Ağayev əl üzərində saxlanılası idmançıdır.

Amma biz dünyanın ən böyük karateçilərindən biri ilə necə davranırıq? Ona qarşı aşkar saymazlıq var. Halbuki yeni karateçilərin yetişdirilməsində məhz Rafael Ağayevin təcrübəsindən istifadə olunmalıdır.

Sosial platformalarda daha çox dünya çempionunu müdafiə edən rəylər görmək mümkündür. İnsanlar hesab edir ki, dünyaşöhrətli idmançı ilə belə davranmaq olmaz. Ona böyük səlahiyyət verilməsini düşünənlər çoxdur. Yazırlar ki, Rafael Ağayev xüsusi diqqətə layiq idmançıdır, bizə də dünyada yalnız hörmət gətirir.

Rəylərdən birində karateçinin başqa təqzyiqlərə məruz qaldığı da qeyd olunub. İddiaya görə, bir müddət əvvəl onun paytaxtdakı restoranı bağlanıb.

Rafael Ağayevi qınayan rəylər də gözə dəyir. Məsələn, sosial media istifadəçilərindən biri idmançının şikayətə əsası olmadığı yazılıb: “Rafaelin təkcə avtomobilinin nömrəsi 60 min manatdır”.

Bütün hallarda Rafaelin federasiyanın fəaliyyətində ofsaydda saxlanılması doğru deyil. Belə idmançıların yetişdirilməsi bir neçə günün işi deyil. Rafael Ağayev ölkə karatesinə yalnız faydalı ola bilər.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri