Rafinə olunmamış şəkərsiz səhər yeməyi: Cinnamon roll dadında yulaf resepti
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəkər və süni şirinləşdiricilərdən istifadə etmədən, şirinliyini xurmanın təbii karamelindən alan, bişirilmədən hazırlanan sağlam və ləzzətli yulaf resepti.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Yulaf əsası: 1/2 stəkan incə üyüdülmüş yulaf yarması, 1 x.q. çia toxumu, 1 stəkan şəkərsiz badam/laktozsuz süd, 1 ç.q. darçın, bir çimdik duz.
Xurma karameli: 3 ədəd yumşaq xurma (isti suda gözlədilmiş), 1 ç.q. darçın, 1 t.q. tahin (və ya fındıq/badam əzməsi), 1 x.q. isti su, 2 ədəd doğranmış qoz ləpəsi.
Krem təbəqəsi: 1,5 x.q. süzmə qatıq, 2 damcı vanil ekstraktı.
Hazırlanması:
İsti suda yumşaldılmış xurmanı darçın, tahin və isti su ilə çəngəllə əzərək hamar məcun halına gətirin, doğranmış qozu əlavə edib qarışdırın.
Bankada yulaf, çia, darçın və duzu qarışdırın, üzərinə süd əlavə edib topaqların qalmaması üçün 1-2 dəqiqə yaxşıca bulayın.
Xurma karamelinin yarısını yulafın ortasına əlavə edin, qaşığın sapı ilə ziqzaq hərəkətlər edərək xurma məcununu yulafa yüngülcə qatın.
Süzmə qatığı vanillə çırpıb yulafın üzərinə yayın və azca darçın səpin. Bankanın qapağını bağlayıb pudinq konsistensiyası alması üçün soyuducuda ən azı 4 saat (yaxşı olar ki, 1 gecə) saxlayın.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 11 Oktyabr 2026 05:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















