Icma.az
close
up
RU
® Ramazan ayında qəbul edilməsi faydalı olan qidalar

® Ramazan ayında qəbul edilməsi faydalı olan qidalar

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ramazan ayında oruc tutmaq orqanizmdə müəyyən dəyişikliklər yaradır. Gündəlik qidalanma rejimindən fərqli olaraq, gün ərzində uzun müddət ərzaq və maye qəbul edilmədiyi üçün orqanizm enerji, maye və qida balansını qorumağa çalışır. Həmin müddətdə düzgün qidalanmaq və diqqətli olmaq sağlam oruc tutmağın əsas şərtlərindəndir. Ramazan ayında sağlam və balanslı qidalanma qaydaları, iftar və imsakda diqqət edilməli məqamlar barədə Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Şəbnəm Əlirzayeva deyib:

- Ramazan ayında qidalanma digər aylardan fərqlidir. Normal halda gün ərzində 3-4 dəfə qidalanan orqanizm həmin ay gündə yalnız iki dəfə – iftar və imsak zamanı yemək qəbul edir. Bunun nəticəsində orqanizm 17 saata qədər qidadan və sudan uzaq olur. Həmin fasilə zamanı bədəndə enerji çatışmazlığının yaranması mümkündür, həmçinin maddələr mübadiləsi zəifləyir, insulinin miqdarı artır. Oruc tutanlarda başağrısı, halsızlıq, köp, həzm sistemi problemləri və hətta böyrək narahatlıqları müşahidə oluna bilər.

- Problemlərin qarşısını almaq üçün nə etmək lazımdır?

- Ən vacibi düzgün qidalanma və maye balansını qorumaqdır. Ramazan ayında menyu tərtib olunmalı və oraya orqanizm üçün lazımi qidalar daxil edilməlidir. İftar və imsak arasında maye qəbulunu tənzimləmək vacibdir – gündəlik 2-2,5 litr maye içmək lazımdır. Əks halda bədəndə maye balansı pozulur, qan təzyiqi düşür, mədədə ağrılar və həzm problemləri yaranır. Su ilə yanaşı, ayran, təzə sıxılmış meyvə və tərəvəz şirələri, mineral sular və bitki çaylarından da istifadə etmək olar. Təəssüf ki, bəzən yanlış olaraq yalnız bir qədər su içməklə kifayətlənir və qida qəbul etmirlər. Bu, orqanizm üçün zərərlidir və müxtəlif sağlamlıq problemlərinə gətirib çıxara bilər.

- İftar və imsak zamanı hansı qidalardan uzaq durmaq daha faydalıdır?

- İftar və imsakda qızartma, çox yağlı, ədviyyatlı, eyni zamanda, kolbasa, sosiska və duzlu yeməklərdən uzaq durmaq lazımdır. Həmin qidalar daha çox susuzluğa səbəb olur və oruc tutmağı çətinləşdirir. Ağ çörək, plov, qızardılmış kartof kimi qidalar qan şəkərini sürətlə yüksəldir və enerji artımı yaratsa da, uzun müddət toxluğu təmin etmir. Bunun əvəzinə bulqur plovu, kəpəkli çörək kimi daha yavaş həzm olunan və faydalı qidaları seçmək tövsiyə edilir. Şirniyyatlara gəldikdə isə, həddən artıq şərbətli və yağlı şirniyyatlardan uzaq durmaq lazımdır. Südlü və ya meyvəli şirniyyatları həftədə bir-iki dəfə qəbul etmək olar.

- Yeməklərin hazırlanması və bişirilməsi ilə bağlı hansı tövsiyələriniz var?

- Yeməkləri yavaş-yavaş yemək və yaxşı çeynəmək çox vacibdir. Bişirmə üsulları da əhəmiyyətlidir – qida soyutma, qaynadılmış və sobada bişmiş şəkildə hazırlanmalıdır. Ramazan ayında qan şəkərini sürətlə artıran un məmulatlarından, məsələn, bulka, düşbərə, qutab, əriştə, xəngəl və s. istifadə etməmək tövsiyə olunur. Həmin qidalar köp əmələ gətirir, gec həzm olunur, qan şəkərini sürətlə yüksəldir və digər sağlamlıq problemlərinə səbəb olur.

- Oruc tutarkən faydalı yağ və mineralları necə təmin etmək olar?

- İftarda və imsakda Omega-3 ilə zəngin qidalar, məsələn, qoz, badam kimi qidalar qəbul etmək faydalıdır. Onların istehlakı ürək-damar sistemini qoruyur və orqanizmi enerji ilə təmin edir. Ramazan ayında düzgün qidalanmaq və maye balansını qorumaq çox vacibdir. Həmin qaydalara əməl ediləndə oruc sağlam və rahat şəkildə tutulur.

Dilarə Zamanova,

Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri