Icma.az
close
up
RU
Ramazanda hansı qidalar yeyilməlidir? Orucluqla bağlı bilmədiklərimiz

Ramazanda hansı qidalar yeyilməlidir? Orucluqla bağlı bilmədiklərimiz

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fevralın 19-dan Ramazan ayı daxil olur. Bu ayın əsas məğzlərindən biri ac qalıb, nəfsi tərbiyələndirmək, mənəvi təmizliyə çatmaqdır. Lakin əsas məsələlərdən biri orucluq müddətində orqanizmin yüklənməsi, mədə və baş ağrıları, eləcə də halsızlığın olmamasıdır.

Bəs görəsən, oruc tutanlar hansı qidaları qəbul etməlidirlər? Kimlərə oruc tutmaq tövsiyə olunmur?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, orucu kilo vermək, ac qalmaq üçün tutmaq olmaz:

“Oruc tutan insanlar Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş və dərin fikirlərə malik olmalıdırlar. Çünki əksər hallarda, xüsusən də son dövlərdə insanlar orucu öz gerçək mənasından uzaqlaşdırıb, kilo vermək, uzun müddət ac qalmaq kimi anlayışlarla qarışdırırlar. Halbuki, Ramazan ayı nəfsə, tamaha nəzarət etmək, Allaha yaxınlaşmaq və ibadət etmək üçün mövcuddur. Oruc tutmaq nəfsin tərbiyəsidir. İnsanlar bu ayda öz tamahını qorumaq, aza qane olmaq və şükür etmək üçün oruc tuturlar.

Hansı insanlar oruc tutmaya bilərlər?

Xroniki xəstəlikləri olan, hansısa dərman vasitələri ilə davamlı müalicə almağa məcbur qalan, hamilə və südverən qadınlar, səfərdə olan şəxslər, yeniyetmələr, eləcə də uşaqlar oruc tutmaya bilərlər”.

Mütəxəssis imsaqda və iftarda qəbul edilməsi vacib olan qidalardan danışıb:

“Diqqət edəcəyimiz əsas məqam imsaqda və iftarda balanslı, həmçinin doğru qidaların seçilməsidir. Xüsusilə imsaqda gün ərzində uzun müddət tox tuta biləcək qidalar yeyilməlidir. Heyvan mənşəli qidalardan yumurta, süd və süd məhsullarından duzlu yaxud az duzlu pendir qəbul olunması tövsiyə edilir. Tam buğda unundan hazırlanmış çörək, yulaf və tərkibində digər paxlalılardan olan qidalar gün ərzində daha doyumlu tutacaq. Çünki onlar yavaş həzm olunur və uzun müddət mədədə toxluq hissi yaradır.

Oruc tutacaq şəxslər mütləq 1 ovucdan çox olmamaq şərtilə çərəzlərdən, xüsusən badam, fındıq və qoz yesinlər. Onların duzlanmış, qovrulmuş olmamasına fikir vermək lazımdır. Əks halda gün boyu susuzluq yarana bilər.

İmsaqda çayla yanaşı suyu da yetəri qədər içmək lazımdır. Bəzən doğru miqdarda maye qəbul etməyənlər baş ağrısından və orqanizmin maye çatışmazlığından, yorğunluqdan və enerji çatışmazlığından əziyyət çəkirlər. Maye tələbatı dedikdə, şirin və qazlı içkilərin qəbulu nəzərdə tutulmur.

İftarda orucu su ilə açdıqdan sonra bir müddət ara verib, meyvə şirəsi və yaxud yüngül, tez həzm olunan şorba içmək lazımdır. Bu cür yüngül qidalar uzun müddət ac qalmış orqanizmdə mədə şirəsinin doğru şəkildə ifraz olunmasına və həzm prosesinin ağırlaşmamasına kömək edir. Eyni zamanda iftarda çox qızardılmamış, tez həzm olunan, aşağı kalorili və bir növ isti yeməyin qəbulu daha faydalıdır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, yeməklərin arasında bir qədər fasilə olsun. Yalnız qidalanmadan ən az 40-45 dəqiqə sonra şirniyyat və çay içmək olar.

Qidanı qəbul edərkən çoxlu çeynəmək, tələsməmək, yavaş-yavaş yemək lazımdır. Həm imsaqda, həm də iftarda mütləq mövsümi, yerli tərəvəzlərdən istifadə etmək lazımdır. Tərəvəzlər vitamin-mineral balansını təmin etməklə yanaşı, lifli qida olduğu üçün bağırsaqların funksiyasını normal yerinə yetirməsinə kömək edir. Uzun müddət ac qalan, xüsusən də yetəri qədər qida qəbnul etməyən insanlar orucluq zamanı qəbizlikdən şikayət edirlər. Məhz tərəvəz qəbulu bu problemin həllində faydalı rol oynayır. Gün ərzində daha rahat olmaq üçün şəkərli, şirin, eyni zamanda duzlu, yağlı qidalardan və turşulardan uzaq durmaq tövsiyə olunur”.

Gün ərzində, iftara qədər yatmağın fəsadları

M.Hüseynova vurğulayıb ki, oruc tutan şəxslər fiziki aktivlikdən geri qalmamalıdırlar:

“Qidalanma ilə yanaşı fiziki aktivlik də nəzarətdə saxlanılmalıdır. Bəzən oruc tutan insanlar günün çox hissəsini yataraq keçirirlər. Bu isə orqanizmin tənbəlləşməsinə, daxili orqanların funksiyasının pozulmasına gətirib, çıxarır. Bir çox hallarda insanlar iftardan imsaqa qədərki müddətdə yuxusuz qalırlar. Bu isə sağlamlıq üçün ciddi problemlər yarada bilər. Tövsiyə olunur ki, iftardan imsaqa qədərki müdətdə yatıb, yuxu alsınlar.

Orucluğun ilk 3 günündə müxtəlif orqanizmlərdə sağlamlıq problemləri, ağrılar, iftardan sonra mədədə ağrılıq, şişkinlik ola bilər. Qidalar doğru və balanslı seçilibsə, orqanizmin öyrəşməyi normallaşacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Fevral 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri