Icma.az
close
up
RU
Ramazanda siqareti tərgitmək asandır Bu yollarla

Ramazanda siqareti tərgitmək asandır Bu yollarla

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Ramazan ayı bir çox insanlar üçün siqaretdən imtina etmək və zərərli vərdişlərdən uzaqlaşmaq baxımından mühüm fürsət hesab olunur. Gün ərzində uzun müddət siqaret çəkilməməsi orqanizmin nikotinə olan ehtiyacını tədricən zəiflədir və bu dövrdə düzgün yanaşma ilə siqareti tam tərgitmək mümkündür.

Turkustan.az xəbər verir ki, mütəxəssislər Ramazan müddətində siqareti daha asan tərgitməyə kömək edən bir sıra sadə, lakin təsirli üsullar tövsiyə edirlər.

Həkimlərin fikrincə, iftarla obaşdan arasında kifayət qədər su qəbul etmək nikotin asılılığının yaratdığı istəyi zəiflətməyə kömək edir. Xüsusilə iftardan sonra siqaret çəkməyə meylli olan şəxslər üçün su içmək alternativ davranış formalaşdırır və bədəndə yığılan zərərli maddələrin xaric olunmasını sürətləndirir. Maye qəbulu həm də siqaretdən imtina prosesində yaranan gərginlik və narahatlıq hissini azalda bilər.

Həkimlər bildirirlər ki, nanə də siqaret istəyini azaltmağa kömək edən təbii vasitələrdən biridir. Nanə çayı və ya nanə yarpağı ağızda xoş dad yaradaraq siqaret çəkmə arzusunu zəiflədir və nəfəs yollarını təravətləndirir. Bu üsul xüsusilə yeməkdən sonra yaranan siqaret ehtiyacını azaltmaq baxımından faydalı sayılır.

Qidalanma rejimi də bu prosesdə mühüm rol oynayır. Hər gün bir stəkan təzə pomidor suyu qəbul etməyin bədənin nikotindən təmizlənməsinə dəstək verdiyi, eyni zamanda vitamin və antioksidantlarla orqanizmi gücləndirdiyi bildirilir. Tərəvəz və meyvələrin rasionda artırılması ümumi sağlamlıq vəziyyətini yaxşılaşdıraraq siqaretdən imtinanı asanlaşdıra bilər.

Ramazan dövründə formalaşan yeni gündəlik rejim siqaretlə bağlı vərdişlərin dəyişdirilməsi üçün əlverişli şərait yaradır. Davamlılıq və düzgün həyat tərzi seçimi sayəsində bu müddət siqaretsiz həyata keçid üçün real başlanğıc nöqtəsinə çevrilə bilər. /yenisabah.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Fevral 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri