Icma.az
close
up
RU
Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? SENSASİON FAKTLAR

Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? SENSASİON FAKTLAR

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin adının Azərbaycanla yanaşı xarici ölkələrdə də biznes fəaliyyətində hallandığı ilk hal deyil. Ramiz Mehdiyev hələ PA-nın rəhbəri olduğu illərdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovla ortaq şirkətlərinin Ukraynanın işğal altında olan Donetskdəki separatçılarla əlaqələri Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunmuşdu.
2019-cu ildə Ramiz Mehdiyevlə Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi qalmaqala səbəb olmuşdur. Belə ki, Ramiz Mehdiyevin göstərişi ilə Azərbaycan vətəndaşlarının Donetskdə separatçıların nəzarətində olan ərazilərə milyonluq investisiya qoyması faktı Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycan dövlətinə nota verməsi ilə nəticələnmişdi. Bu hadisədən dərhal sonra Ramiz Mehdiyev özünün yüksək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, PA-da təcili müşavirə keçirmiş və Azərbaycan dövlətinə qarşı notaya səbəbkar olmuş biznes şəriki Elton Məmmədovu tənqid etmək yerinə, onun müdafiəsinə qalxmışdır.

Həmin müşavirədə Ramiz Mehdiyev Azərbaycanın Ukraynadakı səfirini və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisini məsələni "ört-basdır" etmədikləri üçün əsassız yerə tənqid edərək, hədəfə götürmüşdür. Bu hadisədən qısa vaxt sonra isə Azərbaycanın Ukraynadakı səfiri geri çağırılmış və onun yerinə Ramiz Mehdiyevin yaxın adamı olan Xalq yazıçısı Elmira Axundova səfir təyin olunmuşdur. Elmira Axundova Ukraynaya səfir göndəriləndən sonra Ramiz Mehdiyevin Ukrayna və Moldovadakı biznes şəbəkəsi daha da "çiçəklənmə"yə başlayıb. 

Təsadüfi deyil ki, Ramiz Mehdiyevin Kiyev vilayətinin Makarov qəsəbəsində nəhəng donuz ferması və kolbasa istehsalı zavodu fəaliyyət göstərir. Hətta, Ramiz Mehdiyevin general oğlu Teymur Mehdiyev tez-tez bu müsəsisəyə baş çəkir. Sözügedən müəssisənin fəaliyyəti və istehsal edilən məhsulları Ukraynada müharibə başlamasına baxmayaraq, qısa zamanda yerli və xarici bazarlarda populyarlaşıb. Mehdiyevin zavodu Ukraynadan Azərbaycana da donuz əti məhsulları idxal edir. 
Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Elmar Heydərli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri