Icma.az
close
up
RU
Ramiz Mehdiyev niyə “91 lər”ə qoşulmayıb? Əli Nağıyev SİRLƏRİ AÇIR

Ramiz Mehdiyev niyə “91 lər”ə qoşulmayıb? Əli Nağıyev SİRLƏRİ AÇIR

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) əsas yaradıcılarından biri, partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, professor Əli Nağıyev “Yeni Sabah” xəbər portalının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: 
- Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?

- Ramiz Mehdiyev məsələsi ilə bağlı mənə çoxsaylı zənglər gəlsə də, onların heç birinə cavab verməmişəm. Mən Heydər Əliyev hakimiyyətdə olanda Ramiz Mehdiyev haqqında bütün sözlərimi demişəm. Amma yıxılana balta vurmaq mənim sənətim deyil. Ona görə də indi heç nə danışmaq istəmirəm. Bunlar mənə aid söhbətlər deyil.
Araşdırma aparsanız, görərsiniz ki, Heydər Əliyev Prezident olduğu dövrdə mən deyəcəyim bütün fikirlərimi səsləndirmişəm. İndi Baş nazirin müavini olan Yaqub Eyyubovdan soruşa bilərsiniz ki, 1995-ci ildə o, deputat olmaq istəyəndə Əli Nağıyev televiziyada necə çıxışlar edib? Ondan sonrakı dövrlərdə isə Prezident Admistrasiyasında bir köstəbək var idi. O, da gözəl bilirdi ki, mən kabinetdə oturanların üzünə necə sözlərimi demişəm.
- Nazir işlədiyiniz dövrdə Ramiz Mehdiyevlə münasibətləriniz necə idi?
- Münasibətlərimiz normal olub. Əgər nəsə yalnışlıq olubsa, cavablarını da verməyi bacarmışam. Aşağı səviyyəli məmur yuxarı vəzifədə işləyənlərin qanun çərçivəsində olan tapşırığını yerinə yetirməlidir. Əgər tabe olmasan, gərək işləməyəsən.

- Ramiz Mehdiyev niyə məşhur “91-lər”ə qoşulmamışdı?
- YAP-ı mən Heydər Əliyevlə birlikdə yaratmışam. Sözsüz ki, Əliyevçi mübariz ətrafımla birlikdə. “91-lər”i də mən yaratmışam. Çox gözəl bilirəm ki, orada kimlər var, kim səmimidir, kim saxta. Siyahıda elə adam var idi ki, hətta, nə üçün orada olduğunu belə bilmirdi. Bu gün tarix pozulur. Kimlərsə, özünü o tarixə dürtmək istəyirlər deyə, tarixi əyri yazırlar, həqiqəti saxtalaşdırırlar. Belə olmaz. “91-lər”in yaradılması təbliğat üçün lazım idi. Bir də Heydər Əliyev istəyirdi bilsin, insalar bu məsələyə necə münasibət göstərir.
Mən bunu Sirusa dedim. O, da yazıb gətirdi, mən də onun surətini çıxarıb həmin dövrdə Azərbaycan Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru olan Əli İnsanova, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Həsən Mirzəyevə, AMEA-nın Kimya Problemləri İnstitutunun direktoru Ramiz Rizayevə, Səbail rayonunun keçmiş katibi, Azərbaycan Tibb Universitetinin professoru Xəlil müəllimə, Azərbaycan Dövlət Pedoqoji Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Zahid Qaralova, Bakı Dövlət Universitetindən Səfiyar Musayevə və digər şəxslərə göndərmişəm. Belə-belə hər təşkilatdan 3-5 imza yığılıb və həmin “91-lər” adlanan müraciət qəzetdə dərc olunub. “91-lər”i ələkdən keçirsək, gərək hazırda yuxarı mərtəbədə oturanların çoxu ölsün, yerə girsin. Onların hamısı təəssadüfən oraya gəlib çıxanlardır. Ona görə də mən bu siyahıya böyük məna vermirəm.  

- Siz YAP sədrinin müavini olanda, faktiki olaraq təşkilata rəhbərlik edirdiniz. Həmin dövrdə Ramiz Mehdiyev YAP-ın işlərinə çox müdaxilə edirdi?
- Mən rəhbər olanda heç kəs YAP-ın işlərinə burnunu soxa bilmirdi. Heydər Əliyevdən başqa heç kəsin tapşırığına qulaq asmamışam. Hətta onun özünə belə yox dediyim olub.
Lənkəranda YAP-ın təşkilati məsələ ilə bağlı konfrans keçirdim, səsə qoyuldu Dilrubə Camalovanı YAP sədrliyindən kənarlaşdırıb, yerinə onun icra hakimiyyəti aparatında şöbə müdiri işləyən İqrar Cabbarovu seçdilər. Bakıya qayıdandan sonra Heydər Əliyev mənə zəng edərək soruşdu ki, sən Lənkaranda nə etmisən? Necə olub danışdım və dedim ki, hamısı çəkilib, hər şey demokratik qaydada olub, təqdim edə bilərəm. O isə mənə dedi ki, sən mənə demokratiya öyrətmə, get, bərpa elə. Mən isə cavab verdim ki, yox, mən bu işi görə bilməyəcəm. Yaxşı, deyib, dəstəyi yerə qoydu. Sonra Zahid Qaralov və Kərim Kərimovu göndərdi, gedib tərsinə konfrans keçirib bərpa etdilər. Necə deyərlər, babalları öz boynlarına. Sonra yenə düz olduğum təsdiqini tapdı. Belə şeylər çox olub. Allah Heydər Əliyevə rəhmət eləsin. O, üzdə olmasa da, içində doğrunu uca tuturdu, vicdanını ayağının altına qoymurdu.
Qısası, mən bu gün Ramiz Mehdiyevin adını çəkmək istəmirəm. Əsas düşüncəm odur ki, yıxılana balta vurmaq Əli Nağıyevə layiq hərəkət deyil. Bu gün Ramiz Mehdiyevin adını da mənə çəkməyin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri