Icma.az
close
up
RU
Ramiz Mehdiyev PA dan gedəndən sonra... Sabiq nazir Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər deyir (MÜSAHİBƏ)

Ramiz Mehdiyev PA dan gedəndən sonra... Sabiq nazir Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər deyir (MÜSAHİBƏ)

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabiq xarici işlər naziri adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib.

Mia.az xəbər verir ki, sabiq nazir bu haqda “Müsavat TV”nin efirində danışıb.

- Bilirəm, mənə niyə zəng edirsiz. Soruşacaqsız ki, APA məlumat yayıb, adınız Ramiz Mehdiyevin komandasında hallanır. Yazmağına yazsınlar, Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salam-əleyk. Heç bir ünsiyyətim olmayıb. Bax bunu yaza bilərsiniz. Gülməli şeylər yazırlar, gülməli məsələlər uydururlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zaman da hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Kifayət oldu?

-Sizi istintaqa dəvət etməyiblər?

-Gözləyin də. Bu gün bazar günüdür. Bəlkə bazar ertəsi günü dəvət edəcəklər. Amma inanmıram ki, dəvət etsinlər. Çünki orda ciddi adamlar işləyirlər və onlar əllərində fakt olmadan hərəkət etmirlər.

-Yəni, Mehdiyevlə heç bir əlaqəniz yoxdur və tam rahatsız... Düz başa düşürəm?

-Düz başa düşürsüz... Heç bir əlaqəm yoxdur, o mənada rahatam.

-Adınızı hallandıran media orqanına, istintaqa özünüz müraciət edəcəksiz?

-Yəqin ki, kim bu uydurmanı mediaya sızdırıbsa, onlar bu söhbətləri öz başlarından uzaqlaşdırmaq məqsədilə hansısa görkəmli adamların adlarını qəsdən çəkirlər. Yəni, öz adları siyahıda çıxmasın deyə, yalandan bizim adımızı hallandırırlar.

- Bəs nəyə görə məhz sizin adınız bu siyahıdadır? Bir versiyanız varmı?

-Görkəmli adamam da mən. 16 ildən artıqdır nazir olmuşam. 5 il keçib ki, vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir.

- İşlədiyiniz dönəmdə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub?

- Yaxşı olsaydı, 2019-cu ildən bəri onunla əlaqəm olardı. Amma mən onun nə əl, nə ev telefonunu bilirəm. Bir dəfə də olsun, əlaqəm olmayıb. Ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir PA-dan çıxandan sonra onunla əlaqələrim yox idi. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam. 

- Bəs həbsinə münasibətiniz necədir?

- Yaxşı da... Bu, artıq provakasiyadır. Bəsdi də...

- Niyə “provakasiya”? Həbsə münasibət soruşuram normal şəkildə... Axı az öncə özünüz də dediz ki, görkəmli insanam. Görkəmli adamdan həbsə münasibət öyrənmək istəyirəm.

- Lazım olsa, faktlar olsa, həbs edəcəklər. Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər. Mən cavaba hazıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri