Icma.az
close
up
RU
Rasim İldırımzadənin işi: Vəkillər həbssiz cəza xahiş etdilər

Rasim İldırımzadənin işi: Vəkillər həbssiz cəza xahiş etdilər

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu Dairə Seçki Komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlər elan edilib.

Təqsirləndirilən şəxslərin həbsdən azad olunması ilə bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə sənədlərin alınması barədə sorğunun cavabı açıqlanıb.

Daha sonra işin istintaqını araşdırmış müstəntiqi Kamran Əliyev ifadə verib. Onun sözlərinə görə, iltizam alınması ilə bağlı qərarlardakı imzalarda fərq mexaniki səhv olub.

Məhkəmə istintaqı tamamlanması barədə qərar qəbul edib və çıxış üçün söz dövlət ittihamçısına verilib. Dövlət ittihamçısı fevralın 10-dakı çıxışını müdafiə edib, onun qüvvədə olduğunu deyib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı etməyə başlayıblar. Təqsirləndirilən Qoşqar Məmmədovun vəkili müvəkkilinin ziyanı qismən ödənməsinin nəzərə alınmasını və barəsində azadlıqdan məhrumetmə olmayan cəza təyin olunmasını xahiş edib.

Digər təqsirləndirilən Zaur Mirzəzadənin vəkili isə müvəkkilinin əməlinin Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməsini, onun 10 min manat ziyanı ödəməsinin nəzərə alınmasını istəyib. Vəkil deyib ki, müvəkkilinin xüsusi ilə külli miqdarda dələduzluqda heç bir iştirakı olmayıb.

Rasim İldırımzadənin də vəkili müvəkkilinin yaşlı olmasının nəzərə alınmasını, ona həbslə olmayan cəzanın verilməsini təklif edib.

Rasim İldırımzadə son sözə hazır olmadığını bildirib, hakimdən zərəri tam ödəmək üçün vaxt istəyib.

Zaur Mirzəzadə və Qoşqar Məmmədov da məhkəmədən vaxt istəyib.

Vəkillər bildirib ki, zərərçəkən 200 min manat pul istəyir, lakin təqsirləndirilənlər 100 min təklif edir.

Məhkəmə onlara son dəfə vaxt verib.

Növbəti proses mayın 25-də davam edəcək.

Qeyd edək ki, sonuncu iclasda məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edilib. Buna səbəb isə iş materiallarında olan bəzi sənədlərdə qaranlıq məqamların qalması ilə bağlı olub.

Məlum olub ki, təqsirləndirilən şəxslərin həbsdən buraxılandan sonra müvafiq digər qətimkan tədbiri seçilib. Müvafiq qətimkan tədbiri seçilməsi ilə iltizama imza edilməsi sənədləri arasında tarix fərqlidir.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilən şəxsin 12 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror çıxışında təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğvini və məhkəmə zalından həbs edilməsini təklif edib.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırım, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə Balakən rayon sakini Hürü Əmiraslanovadır.

Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımdır. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırım qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib.

Rasim İldırım Zaur Mirzəzadəni isə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımın adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Sonradan aldandığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırım, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 May 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri