Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

“Rasinq”in SKda ilk uğuru

“Rasinq”in SKda ilk uğuru

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

final
Rasinq - Kruzeyro 3:1 (2:0)

Rasinq (Avelyaneda, Argentina): Aryas, Qarsiya Basso, Roxas, Di Çezare, Kintero (Solari, 87), Martirena, Almendra (Sukulini, 56), Sosa, Nardoni, Salas, A.Martines (R.Martines, 75).
Kruzeyro (Belu Orizonte, Braziliya): Kassio, Morlon (Kenji, 85), Vilyalba, Villiam, Joao Marselo, L.Romero (Barreal, 78), Mateus Pereyra, Uolas (Lukas Silva, 30), Mateus Enrike, Kayo Jorje, Qabriel Veron (L.Dias, 78).
Qollar: Martirena, 15 (1:0). A.Martines, 20 (2:0). Kayo Jorje, 52 (2:1). R.Martines, 90+5 (3:1).
Vərəqələr: L.Romero, 43. Lukas Silva, 45+3. Qarsiya Basso, 59. Nardoni, 81. Mateus Pereyra, 82. Di Çezare, 83. R.Martines, 90+6 - sarı.
Hakim: Esteban Ostoyiç (Uruqvay).
23 noyabr. Asunsyon. 43828 tamaşaçı.
Noyabrın 23-də Cənubi Amerikanın nüfuzuna görə ikinci klub turnirində 2024-cü il mövsümünə yekun vuruldu.
Sudamerikana Kubokunun (SK) finalında Argentinanın “Rasinq” və Braziliyanın “Kruzeyro” komandaları qarşılaşdılar. Hər iki klub finala ilk dəfə çıxmışdılar. Həlledici oyun Paraqvayda - Asunsyon şəhərindəki “General Pablo Roxas” stadionunda təşkil edildi.
Xatırladaq ki, yarımfinalda da eyni ölkələrin təmsilçiləri qarşılaşmış, “Kruzeyro” iki oyunun nəticəsinə (1:1, 1:0) əsasən “Lanus”u, “Rasinq” isə “Korintians”ı (2:2, 2:1) mübarizədən kənarlaşdırmışdı. Final matçı braziliyalıların üstünlüyü ilə keçdi. Fernando Dinizin çalışdırdığı “Kruzeyro” rəqibini topa daha çox – 70 faiz sahibolmada üstələdi. Hər iki komanda qapıya eyni sayda – 5 dəqiq zərbə endirdi. Ancaq matçın ilk yarısında argentinalıların üstünlüyü aşkar idi və 61 yaşlı Qustavo Kostasın komandası bundan məharətlə istifadə etdi. Martirena 3-cü dəqiqədə qapıya yol tapsa da, ofsayd səbəbi ilə qol hesaba alınmadı. Uruqvaylı yarımmüdafiəçi 12 dəqiqi sonra qaydalar çərçivəsində qol vuraraq hesabı açdı.
Dayanmaq bilməyən avelyanedalılar az sonra hücumçu Adrian Martines ilə ikinci topu qapıdan keçirdilər. “Rasinq” bundan sonra müdafiəyə və əks-hücum taktikasına daha çox üstünlük verdilər. Braziliyalılar topa daha çox nəzarət etsələr də, fasiləyə qədər hesabı dəyişə bilmədilər. Amma ikinci hissənin əvvəlində Kayo Jorje komandasına ümid verdi. Fərqin minimuma enməsindən ruhlanan “Kruzeyro” tədricən daha böyük qüvvə ilə hücuma atılırdı. Dinizin komandası son dəqiqələrdə artıq müdafiəni böyük ölçüdə unudaraq yalnız bərabərlik qolu haqda düşünürdü ki, həlledici məqamda rəqib 3-cü qolu vurdu: kolumbiyalı Roxer Martinesin dəqiq zərbəsi matçda son nöqtəni qoydu.
Beləliklə, finalçı kimi birinci cəhdi uğurlu alınan “Rasinq” ilk dəfə SK-nın qalibi oldu. Braziliya klubları isə “Kruzeyro”nun simasında bu turnirdə ardıcıl 3-cü finalda məğlub oldular: əvvəlki iki finalda “Fortaleza” və “San Paulu” da azarkeşlərini məyus etmişdilər. Maraq üçün onu da qeyd edək ki, əsası 2002-ci ildə qoyulan SK-da ən çox qalib gələn komandalar “Boka Xuniors”, “İndependyente” (hər ikisi Argentina), “LDU Kito”, “İndependyente del Valye” (hər ikisi Ekvador) və “Atletiko Paranaense” (Braziliya) azarkeşlərini iki dəfə sevindiriblər. Bu dəfəki qalib “Rasinq”in gələn mövsüm Argentinanı Libertadores Kubokunda təmsil edəcəyini də əlavə edək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri