Icma.az
close
up
RU
“RAZILAŞMAYA HAZIRIQ, AMMA...” Rusiya yenə “ikibaşlı” bəyanatlar verir

“RAZILAŞMAYA HAZIRIQ, AMMA...” Rusiya yenə “ikibaşlı” bəyanatlar verir

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Xarici işlər naziri Sergey Lavrov deyir ki, Rusiya gələcək sazişin bəzi detallarını “tamamladıqdan” sonra ABŞ ilə Ukraynaya dair saziş bağlamağa hazırdır.

“AzPolitika” xəbər verir ki, Lavrov “CBS News”-a müsahibəsində hələ razılaşmanın bəzi detalları üzərində işləməyin lazım olduğunu deyib: "ABŞ prezidenti (Donald Tramp) inanır və mən də bunu düzgün hesab edirəm ki, biz düzgün istiqamətdə irəliləyirik. Prezident öz bəyanatında razılaşmadan bəhs etdi və biz razılığa gəlməyə hazırıq. Amma müəyyən detallar var ki, onları üzərində işləmək lazımdır. Biz məhz bu proseslə məşğuluq".

Lavrov Trampı “yer üzündə müharibənin əsas səbəblərini aradan qaldırmağın zəruriliyini dərk edən yeganə lider” adlandırıb.

O həmçinin bildirib ki, Rusiya guya yalnız hərbi obyektlərə və ya “hərbçilərin istifadə etdiyi mülki obyektlərə” zərbələr endirir.

Lavrovun bəyanatı Rusiyanın Kiyevin yaşayış məntəqələrinə endirdiyi raket zərbəsi fonunda səsləndirilib. Bu, 2014-cü ilin yayından bəri Kiyev şəhərinə ən qanlı raket hücumu olub və azı 12 mülki vətəndaşın həlak olması, daha 90 nəfərin yaralanması ilə nəticələnib.

Tramp Ukrayna paytaxtına hücumu şərh edərkən, bunun “çox pis bir zamanda” baş verdiyini deyib. Rusiya Müdafiə Nazirliyi, öz növbəsində, Ukraynanın aviasiya, raket-kosmik, maşınqayırma və zirehli texnika sənayesindəki müəssisələrə "uzaq mənzilli dəqiq silahlarla” zərbə endirdiyini bəyan edib.

Bundan əvvəl Tramp Ukraynada müharibəyə son qoymaq üçün danışıqların “kulminasiya nöqtəsinə çatdığını” açıqlamışdı. O, ABŞ-nin irəliləyiş görmədiyi təqdirdə geri çəkiləcəyi ilə bağlı xəbərdarlıq edib. Trampın sülh planı ötən həftə Kiyevə təhvil verilib. Bir səhifəlik sənəddə açıq şəkildə qeyd olunur ki, bu, “son təklifdir”. Plana görə, Krım Rusiya ərazisi kimi tanınacaq, ələ keçirilən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin əraziləri isə işğal altında qalacaq. 

Eyni zamanda, Rusiya Xarkov vilayətinin bir hissəsini Ukraynaya qaytaracaq. Zaporojye Atom Elektrik Stansiyası da Kiyevin nəzarətinə keçəcək, lakin stansiyanın ABŞ tərəfindən idarə olunması şərti ilə. Bundan əlavə, Kiyev NATO-ya daxil olmaq planlarından əl çəkməli və amerikalılarla Ukraynanın təbii sərvətlərinin birgə işlənməsinə dair müqavilə imzalamalı olacaq. Tramp həmçinin, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyaları ləğv etməyə hazırdır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Aprel 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri