Icma.az
close
up
RU
“Real Madrid” oyunçularının ləqəbləri

“Real Madrid” oyunçularının ləqəbləri

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol təkcə qollar və kuboklar deyil, həm də oyunçuların xarakterlərini, görünüşlərini və ya vərdişlərini əks etdirən ləqəblər aldıqları xüsusi atmosferidir.

İdman.biz xəbər verir ki, bu illər ərzində “Real Madrid” ironik təfərrüatlara diqqət yetirən və komandanın gündəlik həyatına yumor əlavə edən çoxlu gülməli ləqəblər toplayıb.

Bu gün sizə onlardan bəziləri haqqında məlumat verəcəyik.

● Antonio Kassano - Qordito
İspan dilindən tərcümədə - kök adam. İtalyan bu ləqəbi ona görə alıb ki, Madridə artıq çəki ilə gəlib və demək olar ki, bütün 2006/07 mövsümünü belə keçirib, sonra isə klubu tərk edib.

● Məsut Özil - Nemo
Məsut bu ləqəbi “Nemonun axtarışında” cizgi filmindəki balığı xatırladan qabarıq gözlərinə görə alıb.

● Dani Karvahal - Cabeza Kivi
Daninin bu ləqəbi (“kivi baş”) bir dəfə Tibo Kurtua danışıb. Karvahalın başının forması kiviyə bənzəyir və komanda yoldaşları bununla bağlı ona sataşırlar.

● Luka Modriç - Vinaqre
Tərcümə etsəniz, sirkə deməkdir. Luka bu ləqəbi ona görə alıb ki, məşqdə uduzmağa heç vaxt dözmür (reaksiyası sirkə kimi kəskindr). Modriç bir dəfə məşqdəki dueldə məğlubiyyətə o qədər üzülüb ki, dərhal paltardəyişmə otağına gedib və növbəti məşqə qədər heç kimlə danışmayıb.

● Kriştiano Ronaldo - El Bicho
Sözün bir neçə tərcümə variantı var, lakin Kriştianoya bu cür ləqəb verən ispan şərhçisi Manolo Lama "heyvan" demək istəyib. İspaniyada bu ləqəb Ronaldoya möhkəm yapışıb.

● Fede Valverde - El Pajarito / El Halcon
Fede gənc olanda onu "quşcuğaz" (El Pajarito) adlandırırdılar. Valverde özünü Madridin start heyətində möhkəmlətdikdən sonra komanda yoldaşları Fedenin irəliləyişini vurğulayaraq onun ləqəbini "şahin" (El Halcon) olaraq dəyişdiriblər.

● Serxio Ramos - Çuru
Əvvəlki nümunələrdən fərqli olaraq, ləqəbin mənası məlum deyil. Amma Serxio bir dəfə onun mənşəyini belə izah etmişdi: “Xavier Saviola mənə Çurrua deyirdi, bundan sonra o, Çuruya qısaldıldı və belə də qaldı”.

● Kərim Benzema - El Qato
Son illərdə Madrid oyunçuları arasında bəlkə də ən məşhur ləqəb. Onu üzünə deməyiblər (Kərimin xoşuna gəlmirmiş), amma geniş yayılıb. 2010-cu ildə Qonzalo İquainin zədəsindən sonra Joze Mourinyodan argentinalının yoxluğunda hücumu necə təşkil edəcəyini soruşduqda, Joze belə cavab vermişdi: "İtlə ova getmək daha yaxşıdır, ancaq pişiyiniz varsa, pişiklə getməli olacaqsınız". Maraqlı təsadüf nəticəsində məhz bu sözlərdən sonra Kərim “Real Madrid”in əsas heyətində yerini təmin etdi və mövsümdə ən azı 20-25 qol vurmağa başladı və 2011-ci ilin martında fransızın ardıcıl üç dublundan sonra MARCA belə manşetlə: “Bu pişik şir oldu”.

● Qonzalo İquain - Pipita
İquain atası, vaxtilə "El Pipa" ləqəbi ilə tanınan keçmiş argentinalı futbolçu Xorxe İquainin şərəfinə "Pipita" ləqəbini alıb. Argentina jarqonunda Pipa "xarakterli oğlan" və ya "sərt" kimi bir şeydir.

● Endrik — Bobbi
Endrik müsahibələrinin birində sevimli oyunçularından birinin ser Bobbi Çarlton olduğunu deyib, bundan sonra Cud Bellingem braziliyalını "Bobbi" adlandırmağa başlayıb. Komanda yoldaşları da bunu qəbul ediblər və sonda o, Endrik adı ilə deyil, daha çox ləqəbi ilə çağırılmağa başlayıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Avqust 2025 05:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri