Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Regiona təhlükə saçacaq xartiya: Tramp Baydenin Ermənistan səhvini düzəldəcək? ŞƏRH

Regiona təhlükə saçacaq xartiya: Tramp Baydenin Ermənistan səhvini düzəldəcək? ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. ABŞ-la imzalanan strateji tərəfdaşlıq xartiyası Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda, rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı İrəvanın  mövqeyinə ciddi təsir göstərəcək. ABŞ Dövlət katibi Antoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, onlar Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. O, strateji tərəfdaşlıq haqqında sənədin “daha dayanıqlı, dinc, təhlükəsiz və müstəqil” Cənubi Qafqazın yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. 


Milli Məclisin deputatı Mehriban Vəliyeva “Sherg.az”a bildirib ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Entoni Blinken arasında strateji tərəfdaşlıq haqqında imzalanan xartiya hələlik kağız parçasından başqa bir şey deyil:


“Xartiya yanvarın 14-də- Bayden administrasiyasının hakimiyyətdən getməsindən 6 gün öncə imzalandı. 6 gün ərzində sazişin müddəlarını icra etmək praktiki cəhətdən mümkün deyil. Ötən gün hakimiyyətə gələn Donald Tramp administrasiyasının isə bu sənədə necə yanaşacağını indidən söyləmək çətindir. Bunu zaman göstərəcək. Amma müşahidələr göstərir ki, Donald Tramp sələfinin imzaladığı bəzi qərarları ləğv edir və onları səhv adlandırır. Ümid edək ki, Tramp eyni münasibəti ABŞ ilə Ermənistan arasından imzalanmış strateji tərəfdaşlıq haqqında xartiyaya da göstərəcək”.


Deputatın sözlərinə görə, bütün hallarda Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir: 

“Ermənistanın hansı ölkə ilə hansı formada əməkdaşlıq etməsi onun suveren hüququdur. Amma biz görürük ki, İrəvan bu hüquqdan sui-istifadə edir, revanşizmə meyllənir, gərginliyi artırır. Mətbuatda yayılan son məlumatlara görə, Ermənistan ordusu Zəngəzurda  yeni hərbi hissə tikir. Bildirilib ki, yeni hərbi hissə şərti sərhədin bir neçə kilometrliyində yerləşir. Bu faktla ABŞ ilə imzalanmış strateji tərəfdaşlıq haqqında xartiya arasında hansısa əlaqələrin olması barədə qəti fikir səsləndirmək çətindir. Lakin görünən odur ki, məlum sazişdən sonra ermənilərdə ruh yüksəkliyi, fəallıq yaranıb. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin gücləndiyi bir vaxtda özünü vasitəçi hesab edən bir ölkənin birtərəfli qaydada İrəvana bu cür dəstək verməsi heç cür anlaşılan deyil. 44 günlük Vətən müharibəsindən dərhal sonra ABŞ konqresi "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair heç bir addım atmamaqla ölkəmizə sanksiya tətbiq etdilər. Ermənistana gələndə isə biz bunun əksini görürük. ABŞ məhv olmaq təhlükəsi ilə üzləşən, qlobal layihələrdən çıxdaş edilən, qonşuları tərəfindən etibarsız ölkə imici qazanan, nüfuzu ciddi şəkildə zədələnən Ermənistanı ayaqda saxlamaq üçün bu cür addımlar atır. Ermənistanın qlobal qarşıdurmaların poliqonuna çevrilməsi Cənubi Qafqaza müsbət heç nə vəd etmir. Rusiya, İran, Avropa və ABŞ-nin qarşıdurma mərkəzinə çevrilməkdə olan Ermənistan regionda həssas olan gərginliyi bir qədər də artıracaq. İrəvan ABŞ ilə belə bir saziş imzalamaqla üzvü olduğu KTMT, Avrasiya İttifaqı və digər birliklərin maraqlarını tapdaladı. Bu isə Ermənistan xalqı üçün böyük risklər yaradır. İqtisadiyyatı əsasən Rusiyadan asılı olan, İranı özünə dost-qardaş hesab edən bir dövlətin ABŞ hərbi missiyasını ölkəyə dəvət etməsi və sərhədlərini onlara həvalə etməsi heç bir siyasi etikaya, məntiqə sığmır”.


Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tramp hakimiyyətindən müsbət gözləntiləri Vaşinqtonun Bakıya qarşı ədalətsiz siyasətinə son qoyacağına ümidlərimizi artırır: 

“Cənab Prezident Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsində Bakının qarşıdakı dövrdə nəqliyyat xətlərinə xüsusi önəm verəcəyini bildirdi. Zəngəzur dəhlizinin açılması da bura daxildir. Azərbaycan Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilməkdədir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Dünyanın aparıcı ölkələri, o cümlədən Tramp administrasiyası bu bu nəqliyyat qovşaqlarını dəstəkləyir. Ötən gün andiçmə mərasimi olan Donald Tramp əsas proqramlarını açıqladı. Bunlar daha çox ABŞ-nin daxili məsələləri ilə bağlı idi; miqrasiya, Qrenlandiya adası, Meksika körfəzi və Panama kanalına sahiblik məsələləri, Marsa bayraq sancmaq və s. bu kimi istiqamətlər Tramp administrasiyasi üçün daha prioritetdir. O, hətta çıxışında Ukrayna-Rusiya münaqişəsinin də adını konkret olaraq çəkmədi. Ümumi olaraq qeyd etdi ki, ölkəsi münaqişələrə son qoymaq üçün imkanlara sahibdir. Bu mənada düşünmürəm ki, Tramp Ermənistanı birtərəfli qaydada gücləndirməklə regionda hərbi gərginlik yaratmaq istəyində olsun”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri