Regionlardakı məcburi köçkün məktəblərinin müəllim heyətləri də azad olunmuş ərazilərə köçürüləcək?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azad olunmuş ərazilərə qayıdış prosesi sürətlənib. Bəs regionlarda yerləşən məcburi köçkün məktəblərinin kollektivi və müəllim heyətinin fəaliyyəti necə olacaq? Onlar da köçürüləcəklər?
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri aparılır.
Qeyd edilib ki, proses çərçivəsində digər infrastruktur obyektləri ilə yanaşı, ümumi və məktəbəqədər təhsil müəssisələri də yenidən qurulur. Ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən və müstəqil binası olan məcburi köçkün məktəblərinin tədricən yerləşdikləri rayon və şəhərlər üzrə Regional Təhsil İdarələrinin tabeliyinə verilməsi planlaşdırılır. Uyğunlaşdırılmış binalarda yerləşən müəssisələrin isə optimallaşdırılması istiqamətində işlər aparılır.
"İşğaldan azad olunmuş ərazilərdə fəaliyyətini davam etdirəcək ümumi təhsil müəssisələrinin kadr təminatı ilkin olaraq həmin müəssisələrin sözügedən ərazilərə köçən pedaqoji kadrları vasitəsilə təmin edilir. Qeyd olunan müəssisələrin işğaldan azad olunmuş ərazilərə köçməyən pedaqoji kadrlarının yaxın ərazidə yerləşən digər müəssisələrdə fəaliyyətlərini davam etdirmələrinə dəstək göstərilir", - agentlikdən vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Avqust 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















