Rəhim Qazııyevin qızı ilə “Holcim Azərbaycan”ı nə bağlayır? Şok iddialar var
Mia.az saytına istinadən Icma.az xəbər verir.
“Holcim Azərbaycan” şirkətinin rəhbərliyi Azərbaycan dövlətinin siyasi kursunu dəstəkləyən əməkdaşları işdən çıxarır, əvəzində isə LGBT-nin dəstəkçisi olan şəxslər işə alınır.
Bununla bağlı Demokrat.az-a sensassion müraciət daxil olub.
Müraciətdə iddia olunur ki, “Holcim Azərbaycan” şirkətinin İdarə Heyətinin üzvü, Logistika şöbəsinin müdüri Şəbnəm Əzizova Prezident İlham Əliyevin siyasətini dəstəkləyən şəxslərin işdən çıxarılmasına nail olur. Artıq “Holcim Azərbaycan” şirkətinin bir neçə əməkdaşı Şəbnəm Əzizovanın qurbanına çevrilərək, bir neçə müddət öncə haqsız yerə işdən çıxarılıb. Hazırda “Holcim Azərbaycan” şirkətində milli əqidəli şəxslərdən daha çox LGBT-ni dəstəkləyən adamlara geniş imkanlar yaradılır.
Şəbnəm Əzizovanın şirkətdə rəhbərlik etdiyi sahə gəlirli olduğu üçün o, fəaliyyətində də “şahid” buraxmaq istəmir. Belə ki, logistika və nəqliyyat şirkət daxilində ən gəlirli istiqamətlərdən biri hesab olunur. Məhz buna görə də onun öz fəaliyyətində “şahid” buraxmaq istəmədiyi, yəni iş proseslərini həddindən çox qapalı saxladığı deyilir.
Hazırda “Holcim Azərbaycan” şirkətinin əsas söz sahiblərindən biri olan Şəbnəm Əzizovanın atasını da Azərbaycan xalqı yaxşı tanıyır. O, Azərbaycanın I Qarabağ müharibəsindəki məğlubiyyətinin əsas memarlarından biri olan sabiq müdafiə naziri Rəhim Qazıyevin qızıdır. Rəhim Qazıyev tez-tez Azərbaycan dövlətinə qarşı radikal müxalifətçi fikirləri ilə tanınır. Görünür ki, Şəbnəm Əzizovanın daxilən Azərbaycan dövlətinə qarşı kin və nifrəti atasından qaynaqlanır.
Bu gün cəmiyyəti ən çox düşündürən sual odur ki, “Holcim Azərbaycan” şirkəti bu qədər qalmaqallı iddiaların mərkəzində dayanan şəxsə nə üçün yüksək vəzifələri etibar edir?
Demokrat.az olaraq, “Holcim Azərbaycan” şirkətindən bu və ya digər suallarımıza cavab verilməsini gözləyirik(pravda.az).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 24 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















