Icma.az
close
up
RU
Rənglərdə yaşayan ömür: Cahangir Rüstəmovun 100 illik sənət salnaməsi

Rənglərdə yaşayan ömür: Cahangir Rüstəmovun 100 illik sənət salnaməsi

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Milli İncəsənət Muzeyində Xalq rəssamı Cahangir Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” adlı sərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın muzeyin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və şəxsi kolleksiyaların fondlarından seçilmiş, yaradıcılığının müxtəlif dövrlərini əhatə edən 40-dan çox əsəri nümayiş olunur.

Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Səadət Yusifova sərginin əhəmiyyətini vurğulayaraq layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərginin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, təqdim olunan ekspozisiya yüksək sənətkarlıq nümunəsi olmaqla yanaşı, rəssamın yaradıcılıq irsinin dolğun təqdimatıdır. Direktorun sözlərinə görə, ekspozisiya hazırlanarkən böyük həssaslıq və məsuliyyət nümayiş etdirilib, əsərlər diqqətlə seçilib və bərpa prosesi həyata keçirilib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışında sənətkarla bağlı xatirələrini bölüşərək onun yaradıcılığını yüksək qiymətləndirib. O qeyd edib ki, Cahangir Rüstəmov Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə seçilən, əsərlərində dərin məna və milli ruhu ifadə edən sənətkarlardan biridir. F.Xəlilov əlavə edib ki, bu cür sənətkarların yaradıcılığı bu gün də aktuallığını qoruyur və sənətin inkişafına mühüm təsir göstərir.

Rəssamın oğlu Eldar Rüstəmov sərginin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib. O vurğulayıb ki, atasının qoyub getdiyi zəngin irs Rüstəmovlar ailəsi üçün böyük qürur mənbəyidir və bu irsin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində rəssamın həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib, daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Cahangir Rüstəmov ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, görkəmli sənətkarlar Səttar Bəhlulzadə və Baba Əliyevdən dərs alıb. Daha sonra Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alsa da, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.

Rəssamın əsərlərində Azərbaycan zəhmətkeşlərinin obrazları, kənd həyatı və milli kolorit zəngin bədii ifadə vasitələri ilə əks olunub. Mövzu üzrə təşkil edilmiş zallarda portret, natürmort və tematik tablolar xüsusi yer tutur.

Sənətkarın yaradıcılığının ilkin mərhələsi İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Ekspozisiyada nümayiş olunan “Qəhrəmanın qarşılanması”, “Axırıncı alman”, “Pambıq yığımı” kimi əsərlərdə onun fərdi üslubu və bədii axtarışları aydın şəkildə izlənilir.

1950-ci illərdən etibarən portret və məişət mövzularına müraciət edən rəssamın “Hüseyn Qafarovun portreti”, “Eyvan”, “Bakı”, “Balaca köməkçi”, “Ailə sevinci” kimi əsərləri yaradıcılığında yeni mərhələnin başlanğıcını nümayiş etdirir.

Sərgidə kənd həyatına həsr olunmuş tablolar da geniş yer tutur. Rəssam Azərbaycanın müxtəlif bölgələrində apardığı müşahidələri rəngkarlıq dili ilə ifadə edərək zəhmətkeş insanların həyatını realist və emosional üslubda canlandırıb. Qadın əməyinə həsr olunmuş “Yaşıl çay plantasiyası”, “Kolxozçular”, “Tarla zəhmətkeşləri” əsərləri lirik ovqatı və milli koloritin harmoniyasını əks etdirən nümunələr kimi diqqəti cəlb edir.

Ekspozisiyada, həmçinin rəssamın xarici səfərləri nəticəsində ərsəyə gəlmiş əsərlər də təqdim olunur. Fransa və Tunis səfərləri zamanı topladığı təəssüratlar “Luvr”, “Tələbə qızlar”, “Karfogen yaxınlığında”, “Kayruanlı qızlar” tablolarında öz bədii ifadəsini tapıb.

Sərgi mayın 31-dək ziyarətçilər üçün açıq olacaq.

Müxbir - Günel Alıyeva

Fotoqraf - İlqar Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri