Icma.az
close
up
RU
Rənglərin psixologiyaya müsbət və mənfi təsiri Maraqlı faktlar

Rənglərin psixologiyaya müsbət və mənfi təsiri Maraqlı faktlar

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həyat tərzimizin bir parçasına çevrilən rənglər ruhi və fiziki sağlamlığa birbaşa təsir edir. Rənglərin həmin funksionallığını bir sıra psixoloji durumlarda da müşahidə etmək olur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Rənglərin psixologiyaya həm müsbət, həm də mənfi təsirləri var. Alimlərin apardığı araşdırmalara görə, rənglər beyni rahatladır, dincəldir, bir sıra müsbət keyfiyyətlər əmələ gətirir. Mənfi, xoşagəlməz rənglərin əhatə etdiyi mühitdə neqativ aura sıxmağa başlayır və gərginlik yaradır, qan təzyiqi və digər sağlamlıq problemləri meydana çıxa bilər”.

Rəng terapiyasının əsas məqsədi insanlarla rənglər arasındakı auranı bütünləşdirməkdir. Araşdırmalara görə, insan aurası yeddi rəngdən ibarətdir. Onlar bədənimizdə müəyyən nizamla düzülüb və bu nizam bizi bir çox xəstəliklərdən qoruyur. İnsanın ruh halının dəyişməsi, həm də rəng nizamında baş verən proseslərlə əlaqələndirilir.

Mütəxəssislərin araşdırmasına görə, xromaterapiyanın, yəni rəng terapiyasının köməyi ilə əsəb, yuxusuzluq, stres və s. problemləri aradan qaldırmaq mümkündür: “Gərginlik, stress yaşayanlar neqativ, sıxıcı rənglərin əhatəsində olanda onların psixologiyası daha da yüklənməyə və yorulmağa başlayır. Məsələn deyək ki, hansısa bir rəngdə paltar geyinib evdən çıxmaq istəyiriksə, həmin rəngdə olan paltarı da geyinmək lazımdır. Əgər hansısa rəngi beynimizdə seçib digər bir rəngi seçib geyinəndə bütün gün sarsıntı və gərginlik içində keçəcək”, - deyə müsahibimiz bildirib.

Bütün rənglərin insan psixikasına təsiri var. Ona görə də psixoloqlar insanların rəng seçiminə daha diqqətlə yanaşmağını tövsiyə edirlər. İstər geyim, istərsə də mənzil interyerində həmin faktor çox vacib rol oynayır. Bundan başqa, imkan daxilində qara rəngdən az istifadə etmək lazımdır, çünki bu rəngin aurasında mənfi enerji çoxdur: Psixoloq deyib: “Gecə klublarında qırmızı rəngin çalarlarından ona görə daha çox istifadə olunur ki, vaxtın, saatın gedişi hiss olunmasın. Restoranların oturacaqlarının isə daha çox qəhvəyi rəngdə olması həmin məkanda əyləşənləri uzun zaman sərf etməkdən çəkindirmək, müəyyən bir vaxtdan sonra oranı tərk etmək məqsədi daşıyır. Yaşıl isə inam və ümid verən rəng olduğuna görə cərrahiyyə otaqlarında həm xəstəyə ümid vermək və sakitləşdirici mühit yaratmağa xidmət edir”.

Mavi və yaşıl rəng rahatlıq və soyuqluq təlqin etdiyinə görə qorxu hissinin aradan qaldırılmasında istifadə olunur. Bəzi ev interyerlərində ailənin ən kiçik sakinlərinin otağı məhz həmin rəngdə olur. Bundan başqa, mütəxəssislərin fikrincə, qırmızı rəng qanda adrenalini artırır, sarı rəng isə dəri xəstəliklərini və həzm probleminin həllində kömək edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri