Reper Navainin anası danışdı: Oğlumu şərləyiblər
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanda saxlanılan reper Navainin anası Aynur Bəkirova oğlunun tezliklə azadlığa buraxıla biləcəyini bildirib.
Super.ru xəbər verir ki, Bəkirovanın sözlərinə görə, musiqiçinin nümayəndələri ona vəziyyətin həll olunduğunu və ciddi narahatlıq üçün əsas olmadığını deyiblər.
O, oğlunun saxlanılması xəbərinin özü üçün gözlənilməz olduğunu bildirib. Qadın hadisədən əvvəl narahatlıq hiss etdiyini, lakin baş verənləri oğlundan deyil, başqa mənbədən öyrəndiyini söyləyib.
Bəkirova oğlunun qadağan olunmuş maddələri bilərəkdən daşıya biləcəyi ehtimalını qəti şəkildə rədd edib.
"Oğlumu şərləyiblər, onun ümumiyyətlə belə işlərlə əlaqəsi yoxdur. Bu, necə ola bilər? Onun tezliklə konserti var. Bu, mümkün deyil, mən dəqiq deyirəm, belə ola bilməz. Hələ fikirləşirdim ki, niyə konserti dayandırıblar", - deyə o bildirib.
Qadın daha sonra əlavə edib ki, Navainin mühafizəçiləri məsələnin, demək olar, həll olunduğunu, musiqiçinin yalnız cərimə ödəməli olduğunu bildiriblər.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Oktyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















