Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Repetitor “biznesi” məktəbi və təhsili çökdürür....

Repetitor “biznesi” məktəbi və təhsili çökdürür....

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün əlavə ödənişli məşğələlər məktəblərdə dövlətin tədris proqramını lazımsız vaxt itkisinə çevirib

Məktəblərimizdən danışacayıq. Müasir, ən yüksək infrastruktura malik məktəb binalarımız, işıqlı otaqlarımız var. İnsaf üçün bu məsələdə irəliləyiş yüksəkdir. Düzdür, bunu bütün ucqar rayonların hamısına da şamil etmək çətin məsələdir. Elə ucqar kənd məktəblərimiz var ki, hələ də ötən əsrdə sovetin vurduğu tünd qırmızı rəngli taxta döşəmələrdə, “Nikolayın qoyub getdiyi taxta qapılarda” dərslər keçirilir. Amma ümumi götürdükdə məktəb tikintisində, müasir sinif otaqlarının yaradılmasında mühüm işlər görülüb.
Lakin məsələ bər-bəzəkdə deyil, təhsilin keyfiyyətindədir. Hə, gəldik əsas məsələyə. Son illər tez-tez orta məktəblərdəki tədris proqramının zəifliyi, repetitor xidmətinin dövlət tədris proqramını üstələməsi, müəllimlərin daha çox ödənişli məşğələlərdə şagirdlərlə məşğul olmağa maraq göstərmələri barədə şikayət və iddialar mətbuatı və sosial şəbəkələri başına götürüb gedir. Bu məsələyə görə müəllimləri “asıb-kəsənlər”, məktəblərdə təhsili inkişaf etdirmək əvəzinə fironluq edən məktəb direktorlarını haqlı olaraq tənqid edənlər yetərincədir. Hər kəs məktəblərdəki hazırkı xaos dolu qeyri-müəyyənlikdən, valideynləri maddi sıxıntılara salan əlavə ödənişli məşğələlərdən dad çəkir.
Bəs reallıq necədir, niyə müəllimlər sinifdə dərs dedikləri uşaqlara bilik və bacarıqlarını həmin dərs saatlarında deyil, dövlətin tədris proqramından sonrakı ödənişli məşğələlərdə öyrədirlər? Buna nə ad vermək olar - müəllimlərin maddi marağı, maaş azlığı, daha çox qazanmaq hərisliyi, yoxsa məktəb direktorlarının bilərəkdən yaratdıqları repetitor biznesi? Məktəbdəki birinci sinif şagirdindən başlamış hər fənn üçün aylıq azı 80-100 manat arası qazanan müəllim bu qazancı tək yeyə bilməz axı...
Hər nədirsə bircə həqiqət odur ki, məktəblərdə təhsil sürətlə aşağı düşməkdə, nizam-intizam axsamaqda, repetitor biznesi isə “çiçəklənməkdədir”. Vəziyyət o həddə çatıb ki, pedaqoji idarəçilik, xüsusilə nizam-intizam boşluğu üzündən şagird azğınlaşır, müəllim sinifdə təhqir olunur, məktəblilər bir-birini alçaldan hərəkətlər edib sosial şəbəkələrdə yayırlar. Hanı məktəblərdə İDARƏÇİLİK? İdarəçilik nə gəzir. Əvəzində pedaqoji işdən xəbəri olmayan məktəb direktorları tədris əvəzinə fironluqla məşğuldurlar.
Əlbəttdə dövr dəyişir, tələb və tələbatlar da yenilənir, eləcə də tədris proqramındakı proseslər də bu sıradadır. Amma dəyişilməsi mümkünsüz olan tək məsələ - məktəblərdəki ciddi tədris proqramının vacibliyi, şagirdlərin əsaslı biliklə təmin olunmasıdır. Təhsil, bilik təminatı bir ölkə üçün, böyük bir xalqın gələcəyi üçün vacibdən vacib məsələdir. Amma min dəfə təəsüf olsun ki, son illər məktəblərimizdə nizam intizamla yanaşı təhsil keyfiyyəti də dərənin dibinə yuvarlanıb.
Haqlı olaraq sual ortaya çıxır - niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu halda, valideynlərin şəxsi büdcəsi hesabına şagirdlər hətta 1-ci sinifdən başlayaraq ödənişli repetitor xidmətinə üz tutumalıdırlar? Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər? Sual aydındır, cavab isə qaranlıqlarla dolu cəncəl məsələlərdən keçir. Əlbətddə hər bir valideyn öz övladının universitetə qəbul olunmasını arzulayır və hər bir şagird də universitet həyatına atılmağı səbrsizliklə gözləyir. Yuxarıda da qeyd etdiyimiz kimi, dərd orasındadır ki, şagird daha çox məktəbdə ona dərs deyən müəllimlərin repetitor xidmətindən istifadə edir.
Müəllim dövlətin tədris saatında şagirdə öyrətməli olduqlarını əlavə məşğələyə saxlayır. Çünki bunda maddi maraqları var. Yuxarıda qeyd etdiyimiz kimi, həm daha çox qazanmaq, həm əlavə məşğələni açıq biznes işinə çevirmək, həm də dövlətin ayırdığı əmək haqqı ilə dolana bilməmək –EHTİYAC! Əlbətdə müəllimin maddi təminatı o dərəcədə yüksək olmalıdır ki, o şagirdinin cibinə deyil, başındakı biliyə boylansın. Müəllimin maddi təminatı həm də məktəbin, təhsilin yüksək nüfuzunun təminatıdır. Amma gərək müəllimin də maddi gəlirdən başqa, müəllimlik adını uca tutması, mənəvi dəyərlərə sahib olması, bir xalqın gələcəyinin ona etibar edildiyi barədə məsuliyyəti olmalıdır. Axı hər şey qarından və puldan ibarət ola bilməz...
İndikilər bilməz, biz ötən əsrin 80-90-cı illərində orta məktəbdə oxuyarkən müəllimlərimizə ilahi varlıq kimi baxardıq. Geyim mədəniyyəti, danışıq qabiliyyəti, şagirdlə davranış qaydaları- bütün bunlar o zamankı müəllim kontingentini müsbət mənada fərqləndirirdi. Amma ən əsası məktəbdəki müəllim dərs dediyi şagirdlə elə bir güclü bağ yaradırdı ki, insan bir ömür o gözəl pedaqoqları yaddaşında əbədi saxlayırdı..
Düzdür, indi də fəxr ediləsi müəllimlərimiz kifayət qədərdir, lakin məktəblərdəki hazırkı ab-hava bu nikbinliyimiz üçün böyük təhlükə yaradır. Axı hər kəs, ilk növbədə müəllimlərin özləri yaxşı bilirlər ki, müasir tədris metodikalarının tətbiqi ilə şagirdlərin marağını artırmaq və dərsləri daha effektiv etmək mümkündür. Dərslik və proqramları yeniləyərək sadə, başadüşülən və praktiki etmək, çox yüklü materialları azaltmaq bu gün vacibdən vacibdir. Təhsil proqramı şagirdlərin bacarıqlarına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Fərdi yanaşma ilə müəllimlər zəif şagirdlərə əlavə dəstək göstərməlidirlər. Siniflərdə fərdi yanaşma metodlarından istifadə etməklə hər şagirdin ehtiyacları nəzərə alınmalıdır. Xüsusilə bu son qeyd etdiklərimiz şagirdləri məktəbə daha çox bağlayar, məktəbin bilik məbədi kimi nüfuz qazanmasına təkan verər.
Kəsəsi, müəllim zəif oxuyan şagirdinə dəstək olmalı, əsl pedaqoq kimi ona əlavə vaxt ayırmaqla xüsusi yanaşma göstərməldir. Müəllimlik peşəsini hər şeydən uca tutan, bu müqəddəs sənətə ləyaqətlə yanaşan pedaqoqlar bu gün ölkəmiz üçün əsl sərvət sayılmalıdır. Çünki məhz onlar Azərbaycanın işıqlı sabahı üçün dəyərli insanlar - sabahın ləyaqətli vətəndaşlarını yetişdirirlər.
Məncə artıq Təhsil Nazirliyi məktəblərdəki tədris və idarəçilik məsələlərinə ağırlığını qoymalı, həm məktəbi, həm müəllim nüfuzunu, həm də repetitor ödənişlərindən beli ikiqat bükülmüş, sosial problemlərin məngənəsində sıxılan valideynləri XİLAS etməlidir. Çünki sabah çox, həm də çox gec olacaq cənablar!

Mətləb Salahov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri