Icma.az
close
up
RU
Repititorluq fəaliyyətinin təhsildə adi hal almasının səbəbi NƏDİR? EKSPERT AÇIQLADI

Repititorluq fəaliyyətinin təhsildə adi hal almasının səbəbi NƏDİR? EKSPERT AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Son illər Azərbaycanda repititorluq fəaliyyəti xeyli genişlənib və bu, artıq yuxarı siniflərlə məhdudlaşmır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rasim Həsənzadə bildirib.

Onun sözlərinə görə təəssüf ki, bu tendensiya ibtidai, hətta 1-ci sinif səviyyəsinə qədər enib: “Yəni, oxuma-yazmağı yeni öyrənən uşaqlar belə repititor yanına gedirlər. Düşünürəm ki, bu halın yaranması təsadüfi deyil və bir neçə əsas səbəbi var. Əvvəla, təhsil mühitində artan rəqabət valideynləri erkən yaşdan “hazırlıq prosesinə başlamağa” vadar edir. Valideynlər düşünür ki, övladı nə qədər tez oxuma-yazmağa, hesablamağa başlasa, gələcəkdə bir o qədər uğurlu olacaq. Xüsusilə də tanınmış məktəblərə qəbul imtahanlarının və müsabiqələrin artması bu psixologiyanı daha da möhkəmləndirib.

İkinci mühüm səbəb məktəblərdə tədrisin keyfiyyətinə etimadsızlıqdır, qısaca məktəbin nüfüzu zəifləyib. Bəzi valideynlər hesab edir ki, məktəblərdə uşaqlara verilən biliklər kifayət qədər praktiki və sistemli deyil. Nəticədə onlar düşünürlər ki, övladları məktəbdə deyil, repititor yanında “keyfiyyətli təhsil” əldə edəcək. Bu, təhsil sisteminə inamsızlığın və valideyn gözləntilərinin uyğun gəlməməsinin bir göstəricisidir. Bununla yanaşı, sosial müqayisə və təzyiq də bu prosesə gətirib çıxarır. Cəmiyyətdə “filankəsin uşağı artıq oxumağı bilir”, “bizim qonşunun uşağı hazırlığa gedir” , “xalxın balası gör necə oxuyur!” kimi müqayisələr çox yayılıb. Bu da valideynlərdə narahatlıq yaradır və nəticədə onlar övladlarını digərləri ilə eyni səviyyədə saxlamaq üçün repititor dərslərinə yönləndirirlər.

Bir başqa amil isə valideynlərin gözləntilərinin dəyişməsi ilə bağlıdır. Müasir dövrdə bir çox ailə repititorluğa yalnız öyrənmə prosesinə əlavə yardım kimi yox, həm də sosial status göstəricisi kimi baxır. Yəni “uşağım hazırlığa gedir” demək, bəzən bir növ uğur və qayğıkeş valideyn obrazı kimi qəbul olunur. Bu vəziyyətin arxasında emosional və psixoloji səbəblər də dayanır. Valideynlər övladlarının gələcəyini təmin etmək istəyərkən, bəzən onların yaş xüsusiyyətlərini, istirahət və oyun ehtiyaclarını nəzərə almırlar. Halbuki, 6–7 yaşlı uşaqlar üçün oyun və sosial qarşılıqlı münasibət təhsilin bir hissəsidir. Erkən yaşda repititor yanına getmək, uşaqlarda öyrənməyə marağın azalmasına və təhsilin stressə çevrilməsinə gətirib çıxara bilər.

Nəticə etibarilə, repititorluğun bu qədər erkən yaşlarda yayılmasının kökündə həm təhsil sistemində struktur problemlər, həm də valideynlərin psixoloji və sosial təzyiq altında qərar verməsi dayanır. Bu halın qarşısını almaq üçün məktəblərdə ibtidai təhsildən başlayaraq keyfiyyətin artırılması, valideynlərlə maarifləndirici işlərin aparılması və uşaqların təbii inkişaf tempinə hörmətlə yanaşılması vacibdir”.

Müəllif: İlkin Məmmədkərimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri