Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Rəqabətqabiliyyətli iqtisadiyyat və strateji innovasiyalar

Rəqabətqabiliyyətli iqtisadiyyat və strateji innovasiyalar

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bir çox məsələlərlə yanaşı, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaqla bağlı sualı da cavablandırıb. Müxbirin “İndi elə bir vaxt gəlib çatıb ki, proteksionizm daha da intensivləşib. Siz həmçinin bəzi iqtisadiyyatlara qarşı vahid tariflərin tətbiqinin şahidi olursunuz, eyni zamanda, qlobal təchizat zənciri müəyyən mənada pozulur. Nə üçün məhz indi Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağın bu qədər vacib olduğunu düşünür” sualına cavab olaraq dövlətimizin başçısı bildirib ki, əslində bunun cavabı elə Sizin sualınızdadır: “Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tariflər tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir”.

Doğrudan da əgər ölkəmiz müstəqillik əldə etdikdən sonrakı ilk vaxtlarda Ümumdünya Ticarət Təşkilatına onun şərtlərini qəbul edərək üzv olsaydı indi respublikamız istər ərzaq məhsulları və istərsə də sənaye məhsulları ilə təminatda idxaldan asılı vəziyyətə düşər, işsizlik səviyyəsi çox yüksək ola bilərdi və əhalinin yaşayış səviyyəsi aşağı düşərdi. Belə ki, həmin dövrdə iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafı yeni formalaşırdı və yeni fəaliyyətə başlayan sahibkarlarımız açıq bazar şəraitində rəqabətə dözə bilməzdilər. Çünki, ÜTT-nin danışıqlar prosesində bizə qarşı tətbiq etdiyi şərtlər respublikamızda aqrar sahədə sahibkarlığın inkişafını çox ciddi formada əngəlləyə bilərdi. Ona görə də cənab İlham Əliyev hələ prezidentliyinin ilk vaxtlarında bu təşkilata üzvlüyün üstünlüklərini və zəif tərəflərini qiymətləndirərək qeyd edirdi ki, biz ölkə əhalisinin ərzaq təhlükəsizliyini əsasən yerli istehsal hesabına ödəmək üçün fermerlərimizin rəqabət qabiliyyətini təmin etməyə yönələn çox vacib tədbirlər həyata keçirməliyik. Bu məqsədlə, ilk növbədə, fermerləri stimullaşdırmaq üçün onlara müxtəlif istiqamətlərdə subsidiyalar və güzəştli kreditlər verilməyə başlandı. Yeni texnika və texnologiyaların tətbiqi üçün iri təsərrüfatlar yaradılmağa başlandı. Hazırda fəaliyyət göstərən 40-dan çox aqroparklarda və iri təsərrüfatlarda (hər birinin 4000-5000 hektar torpağı var) əsas idxal etdiyimiz buğdanın məhsuldarlığı hektardan 50 sentnerdən çoxdur. Üzüm, fındıq, pambıq və digər bitkilərin əkin sahələri genişləndirilərək müasir becərmə tenikası və texnologiyaları tətbiq edilir. Əkinləri suvarma suyu ilə daha dolğun təmin etmək üçün müxtəlif həcmli dəryaçaların tikintisi həyata keçirilməklə yeni əkin sahələri dövriyyəyə daxil edilir. Damazlıq heyvandarlığın və toxumçuluğun inkişafı, lizing yolu ilə təsərrüfatların maddi-texniki təchizatının əsaslı surətdə yenilənməsi üçün mühüm tədbirlər həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi və minalardan təmizlənərək istifadəyə verilməsi də respublikamızın aqrar istehsal potensialını xeyli artırmışdır. Yuxarıda qeyd edilən tədbirlərin bu ərazilərdə tətbiqi kənd təsərrüfatı məhsul istehsalının artımına böyük töhfə verməkdədir. Həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, Azərbaycan ərzaq məhsulları ilə özünü təmin edən ölkə olmaqla bir çox məhsulları ixrac edir və onların həcmi hər il artır. Eyni zamanda, ötən müddət ərzində bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər nəticəsində neft-qaz ixracından əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı şaxələndirməklə yanaşı, xarici borcumuzu 14 dəfə üstələyən valyuta ehtiyatı yaratmağa və işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Bu, hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələr üçün əlçatmaz bir göstəricidir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz Ümumdünya Ticarət Təşkilatına məhz indi üzv olmağa hazırdır və dövlət başçısının dediyi kimi, təkliflərimiz qəbul edilərsə, danışıqlar müsbət nəticələnə bilər. Hesab edirik ki, Çin ilə tərəfdaşlığımızın genişləndirilməsi də bu məsələni sürətləndirə bilər.

Eldar İbrahimov
Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri