Rəqəmsal məktəb platformasının ölkə üzrə fəaliyyətə başlayacağı tarix məlum olub
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəqəmsal məktəb platforması sentyabrdan əsaslı şəkildə, ölkə üzrə fəaliyyətə başlayacaq.
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.
“Rəqəmsal məktəb platforması 350-ə yaxın ümümtəhsil müəssisəsində pilot formada fəaliyyət göstərir. Layihənin regionlarda da tətbiqi planlaşdırılır. Müəllimlərin və direktorların Bakı üzrə tətbiq olunan layihədə qeydiyyatı kifayət qüədər yüksəkdir. Valideynlərin qeydiyyat göstəriciləri isə çox aşağıdır. Funksionallığın artırılması istiqamətində valideynlərin müraciətlərini toplayırıq”,- o qeyd edib.
Qeyd edək ki, rəqəmsal məktəb platforması hazırda pilot layihə olaraq yalnız Bakı məktəblərində tətbiq edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 24 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















