Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 iyun, AZƏRTAC

Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi rəqəmsal platformalar dövründə uşaqların müdafiəsi ilə bağlı dövlət siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

O qeyd edib ki, son on ildə sosial şəbəkələr uşaqların ünsiyyət, əyləncə və informasiya əldə etmə vasitələrindən birinə çevrilsə də, bu proses paralel olaraq yeni risklər də yaradıb.

“Bu gün dünyada əsas müzakirələrdən biri uşaqların rəqəmsal mühitdə necə qorunması ilə bağlıdır. Ənənəvi həyatda uşaqların təhlükəsizliyi üçün müəyyən qaydalar mövcuddursa, virtual məkanda da oxşar yanaşmaların formalaşdırılması artıq zərurətə çevrilib. Təklif olunan dəyişikliklər məhz bu ehtiyacdan irəli gəlir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, layihənin diqqətçəkən tərəflərindən biri sosial şəbəkə şirkətlərinin məsuliyyətinin istifadəçinin üzərinə deyil, platformanın öz üzərinə yönəldilməsidir. İndiyədək zərərli məzmunla mübarizədə əsas yük istifadəçilərin və ya valideynlərin üzərinə düşürdü. Yeni yanaşma isə platformaların özlərini daha aktiv davranmağa məcbur edir. Artıq şirkətlərdən təhlükəli məzmunu aşkar etmək, sürətli reaksiya vermək və yetkinlik yaşına çatmayan istifadəçilər üçün xüsusi qoruma mexanizmləri yaratmaq tələb olunur.

V.İskəndərov hesab edir ki, layihədə nəzərdə tutulan yaşın yoxlanılması mexanizmləri də mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin formal xarakter daşıması uzun illərdir qlobal problem olaraq qalır. “Bir çox platformalarda istifadəçi, sadəcə, doğum tarixini dəyişməklə bütün məhdudiyyətləri keçə bilir. Təklif olunan model isə yaşın müəyyən texniki vasitələrlə təsdiqlənməsini nəzərdə tutur. Bu, uşaqların böyüklər üçün nəzərdə tutulmuş rəqəmsal mühitlərə nəzarətsiz daxil olmasının qarşısını almağa kömək edə bilər”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, layihədə xüsusi diqqət çəkən başqa bir məsələ fərdi məlumatların qorunması ilə bağlı tələblərdir. Qanun layihəsi yaşın yoxlanılması üçün təqdim olunan məlumatların sonradan reklam, marketinq və ya kommersiya məqsədləri üçün istifadəsini qadağan edir. Bu, həm uşaqların, həm də valideynlərin şəxsi məlumatlarının müdafiəsi baxımından mühüm təminat hesab oluna bilər.

“Sənəddə yer alan geolokasiya məlumatlarının məhdudlaşdırılması, manipulyativ dizayn elementlərinin qadağan edilməsi və təhlükəsiz istifadə rejimlərinin tətbiqi kimi müddəalar da müasir beynəlxalq tendensiyalarla üst-üstə düşür. Bu gün dünyanın müxtəlif ölkələrində uşaqların diqqətini uzun müddət platformada saxlamaq üçün istifadə edilən bəzi alqoritmik üsullar ciddi tənqid olunur. Layihədə həmin risklərin nəzərə alınması göstərir ki, məqsəd yalnız yaş məhdudiyyəti tətbiq etmək deyil, eyni zamanda, daha sağlam rəqəmsal mühit formalaşdırmaqdır”, - deyə V.İskəndərov bildirib.

Deputatın fikrincə, qanun layihəsinin digər mühüm tərəfi xarici sosial şəbəkə platformalarının ölkə daxilində hüquqi məsuliyyət daşımasını təmin edən mexanizmlərin yaradılmasıdır. İstifadəçilərin hüquqlarının qorunması yalnız qanun qəbul etməklə mümkün deyil. Eyni zamanda, həmin qanunların icrasına cavabdeh subyektlərin müəyyənləşdirilməsi lazımdır. Təklif olunan dəyişikliklər platformalarla dövlət qurumları arasında institusional əlaqələrin qurulmasına və hüquqi məsuliyyətin daha aydın müəyyənləşdirilməsinə xidmət edir.

“Layihənin əsas fəlsəfəsi qadağa yaratmaq deyil, uşaqların rəqəmsal məkanda təhlükəsiz, nəzarətli və hüquqları qorunan şəkildə iştirakını təmin etməkdir. Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsidir. Məsələ uşaqları internetdən uzaqlaşdırmaq deyil, onları risklərdən qorumaqdır. Bu baxımdan təqdim olunan dəyişikliklər gələcək nəsillərin rəqəmsal rifahının təmin edilməsinə yönəlmiş mühüm hüquqi təşəbbüs kimi qiymətləndirilə bilər”, – deyə V.İskəndərov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri