Reşetnikov: Rusiya Ermənistandan 30 milyard rubldan çox...
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Ermənistan Cənubi Qafqaz Dəmir Yolu (CQDY) ilə bağlı öhdəlikləri birtərəfli qaydada yenidən nəzərdən keçirəcəyi təqdirdə, kompensasiya tələb etmək hüququna malik olacaq.
Bakıvaxtı.az-ın "İnterfaks – Rusiya"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
O vurğulayıb ki, CQDY (Cənubi Qafqaz Dəmir Yolu) "Rusiya şirkətinin pulsuz əldə etdiyi aktiv deyil", əksinə, 30 milyard rubldan çox investisiya yatırılmış bir müəssisədir. Bununla əlaqədar nazir Ermənistanın öz dəmir yollarının icarəsinə görə ödəniş tətbiq edə biləcəyi ilə bağlı açıqlamalarının əsassız olduğunu bildirib.
"CQDY Rusiya şirkətinin pulsuz aktivi deyil. Bu, artıq 30 milyard rubldan çox investisiya yatırdığımız, yeni hərəkət heyəti aldığımız və müqavilə öhdəlikləri əsasında infrastrukturu inkişaf etdirdiyimiz bir müəssisədir. Əgər bu öhdəliklər birtərəfli qaydada yenidən nəzərdən keçirilərsə və investorumuza zərər dəyərsə, biz həmin zərərin kompensasiyasını tələb etmək üçün əsaslara malik olacağıq. Belə bir vəziyyətdə Rusiyanın Ermənistana əlavə ödəniş etməli olması məsələsinin qaldırılması əsassızdır", – deyə Reşetnikov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 İyul 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















