Rəşid Behbudovu təhqir edən yazıçı üzr istədi: Bir az diqqətsizlik etmişəm FOTO
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yazıçı Şərif Ağayar kişi müğənnilərin oxuyarkən qadın səsi çıxarması barədə dediklərinə görə üzr istəyib.
Ölkə.Az xəbər verir ki, buna səbəb onun fikirlərini ifadə edərkən qeyri-etik ifadələr işlətməsi olub.
Onun bu sözləri cəmiyyətdə sənət adamları arasında müzakirələrə və kəskin narazılıqlara səbəb olub.
Ş.Ağayar sosial şəbəkələrdə yazaraq dediyi sözlərə görə Rəşid Behbudovun ailəsindən üzr istəyib:
“Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm.
Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam.
Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar. Hamınıza sayğılarla...”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ş.Ağayar sözügedən paylaşımında Rəşid Behbudov və Teymur Əmrahın adını çəkərək kişi müğənnilərin öz səsi ilə oxumadığını bildirib. O, insanları müğənnilərə yüz minlərlə pul xərclədiklərinə görə qınayıb.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















