Tanınmış yazıçı muğamı və Rəşid Behbudovu təhqir etdi: “Ruslara tabe olan …” KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Muğam başdan-ağaya ruslara tabe olan nakişilik ahəngidir”.
KONKRET.az xəbər verir ki, bunu tanınmış yazıçı Şərif Ağayar sosial şəbəkə hesabında yazıb.
“Həmişə düşünmüşəm, niyə bizim kişi ifaçılar illah içindən qadın səsi çıxarırlar? Mirzə Babayev istisna heç kim öz səsi ilə oxumaq istəmir”, – o bildirib.
Ş.Ağayar tanınmış müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovla bağlı da qalmaqallı fikirlər yazıb:
“Rəşid Behbidov kimi yüksək uydurulan orta səviyyəli sənətkar g…y səsi üçün əziyyət çəkir. Teymur Əmrah içini qarmon kimi sıxıb oğraş bir ahəng axtarır.
Görünür, kölə xalqları zamanında belə oxudublar: get, qayıt, zorlanmış səsi çıxart… Muğam başdan-ağaya ruslara tabe olan nakişilik ahəngidir.
Üzeyir bəy Uverturanı bu ehtiyacdan yaratdı. Şükür ki də yaratdı. Yaxşı nə varsa, zatən ona və onlara borcluyuq.
Lakin köləlik davam edincə xalq öz başına q… səslər çıxartdı. Başda da o qarabağlı tülkü dayanır. Bədən Rövşən Cavadova oxşayır, oxuyanda elə bil zorlayırlar.
Tutulub-buraxılmış kimi səs verir.
Hələ şahlıq davası aparan dünya səviyyəli danabaş bir ağdamlı var, görəndə bilmirsən hansı qulağı üçün tanrıdan üzr istəyəsən.
Xalaşka səsi ilə dünyaya meydan oxuyur…
Hələ zülm bu deyil…
Zülm budur ki, bu xalq bu …boş adamlara gündə yüz minlərlə pul xərcləyir…”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 17 Yanvar 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















