Rəsmi Bakı İranın yeni səfirinin təyin olunması üçün razılıq verdi
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan tərəfi Muctaba Dəmirçilunun İranın Azərbaycanda yeni səfir kimi təyin olunması üçün razılıq (aqreman) verib.
Bunu Trend-in sorğusuna cavab olaraq İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İranın Azərbaycana yeni səfirinin təyin olunduğunu və inzitibati prosesin həyata keçirildiyini bildirib.
Bəqai qeyd edib ki, Orta Asiya və Qafqaz ölkələri ilə əlaqələr İran üçün çox önəmlidir. Xüsusilə Azərbaycanla əlaqələr xüsusi əhəmiyyətə sahibdir. İranın Azərbaycana seçdiyi səfir çox təcrübəli və Avrasiya üzrə mütəxəssis diplomatlardan biridir.
Xatırladaq ki, İranın Azərbaycandakı səfirinin Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü il may ayında başa çatıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















