Icma.az
close
up
RU
Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu

Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Fransa ilə Azərbaycan arasında münasibətlər getdikcə pisləşir. Bunun əsas səbəbi rəsmi Parisin Bakı və bütövlükdə Cənubi Qafqazla bağlı riyakar mövqeyidir. Bu riyakarlığın ən bariz nümunələrindən biri kimi Yelisey sarayının Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), daha doğrusu, Azərbaycanın ev sahibliyinə kölgə salmaq cəhdidir.

Sözügedən tədbir başlamazdan əvvəl Fransa müxtəlif təxribatçı addımlar atırdı: gah regionda süni şəkildə gərginlik yaratmağa çalışır, gah Azərbaycanda insan azadlıqlarının məhdudlaşdırıldığını iddia edir, gah da vətəndaşlarına bölgəyə səfər xəbərdarlığı edirdi.

Yeri gəlmişkən, xatırladaq ki, Türkiyənin "Haber Global" telekanalının noyabrın 20-də hazırladığı süjetlərdən birində də bu məsələyə toxunuldu. Göstərildi ki, Azərbaycana düşmənliyi bitməyən Fransa COP29-u "baltalamaq" üçün bütün təxribatlardan istifadə edir.

Qeyd olunub ki, qlobal kəşfiyyat xəbər yayım orqanı "Intelligence Online"ın məlumatına görə, Fransanın əsas lobbiçilik subyektlərindən biri olan "Havas" COP29-u "baltalamaq" üçün işə başlayıb: "Azərbaycanın neft ölkəsi olduğu əsas gətirilərək COP29-a ev sahibliyi etməyin düzgün olmaması barədə Avropa, ABŞ və Rusiyada lobbiçilik fəaliyyəti həyata keçirilir. Amma Azərbaycanın Cənubi Qafqazdakı təsirli diplomatiyası və iqtisadi əlaqələri nəticəsində Fransa istədiyini əldə edə bilmədi".

Bu, Yelisey sarayının Azərbaycanla bağlı qərəzli mövqeyinin sadəcə bir nümunəsidir. Əslində isə məsələ daha dərindir. Belə ki, Fransadakı Emmanuel Makron hakimiyyəti bölgəyə soxulmaq üçün təsir göstərə bildiyi Ermənistandan istifadə edərək gərginlik yaradır. Bu isə son nəticədə Fransa-Azərbaycan ikitərəfli əlaqələrinə təsir edir.

Bütün bunlarla əlaqədar Fransanın Azərbaycandakı səfiri Ann Buayon noyabrın 20-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

"Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb", - məlumatda qeyd olunub.

Bundan başqa, səfirin diqqətinə Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu çatdırılıb.

"Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub", - XİN-in məlumatında deyilir.

Səfirin nazirliyə çağırılması əslində Fransaya vaxtında verilmiş mesaj və xəbərdarlıq idi. Belə ki, rəsmi Paris Bakı ilə ikitərəfli münasibətlərin pisləşməsinin səbəbkarı və günahkarı olduğunu anlamalıdır.

Məlum olduğu kimi, bu gün Bakı ilə İrəvan arasında sülh imkanı heç vaxt olmadığı qədər çoxdur. Tərəflər arasında münasibətlər tədricən normallaşır. Bu isə bölgədə dağıdıcı maraqları olan Fransanı narahat edir. Ermənistanla hərbi əlaqələrin inkişafı, silahlandırılma siyasəti və regionda yeni toqquşma yaratma cəhdləri məhz mümkün sülhün qarşısını almağa hesablanıb.

Fransanın mövcud iqtidarının problemi təkcə Azərbaycan və regionla bağlı deyil.

Rəsmi Parisin neokolonialist siyasəti, ölkədə demokratik ənənələrin pozulması, o cümlədən polis zorakılığı, bir sözlə, daxili və xarici siyasətdəki uğursuzluqlar bu ölkənin bütün dünyadakı nüfuzunu azaldır.

Təsadüfi deyil ki, Fransada solçular Makronun impiçmenti prosedurunu yenidən başladıblar. Bundan başqa, son məlumata görə, fransızların yarıdan bir qədər çoxu - 51 %-i Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsinin lehinədir. Bu, o deməkdir ki, hətta yerli xalq da Yelisey Sarayından narazıdır.

Deyirlər ki, qozbeli qəbir düzəldər. Fransa hakimiyyətinin Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasəti də, yəqin ki, dəyişməyəcək. Qeyri-obyektiv yanaşmanın, qərəzli mövqeyin bundan sonra da davam edəcəyi gözlənilir. Məhz Parisin bu siyasəti nəticəsində gələcəkdə ikitərəfli əlaqələrdə gərginliyin daha da artması mümkündür. Bu, Yelisey sarayının bölgədə olmaq imkanlarını minimuma salmaqla yanaşı, həm də indiki çətin geosiyasi vəziyyətdə Fransanın xarici siyasət kursu üçün problemlər yaradacaq. Ən azından ona görə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan oyunçulardandır.

"Report" İnformasiya Agentliyi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Noyabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri