Icma.az
close
up
RU
Rəsmi diler adı ilə müştəriləri aldadanlara qarşı mübarizə aparılır? AÇIQLAMA

Rəsmi diler adı ilə müştəriləri aldadanlara qarşı mübarizə aparılır? AÇIQLAMA

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar Çin istehsalı avtomobillərin Azərbaycanda geniş yayılması fonunda bəzi avtomobil salonlarının bundan faydalanaraq aldadıcı reklamlar etməsi müşahidə edilir. Xüsusilə sosial şəbəkələrdə bəzi avtomobil salonlarının məşhur brendlərin rəsmi dileri və ya distribütoru olduqlarını iddia etməsi istehlakçılar arasında çaşqınlıq yaradır. Lakin həmin brendlər bu iddiaları təkzib edərək, ölkədə hələlik heç bir rəsmi tərəfdaşlarının olmadığını bildirirlər.

Bu cür hallar təkcə avtomobil sektorunda deyil, digər sahələrdə də zaman-zaman təkrarlanır. İstehlakçıları cəlb etmək üçün brendlərin adından istifadə edilməsi və ictimaiyyəti yanıltmaq cəhdləri daha əvvəl də qeydə alınıb.

Bəs bu tip aldadıcı reklamlara nəzarət var?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinə əsasən, məhsulun satışı zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməsi müştəriləri çaşdırmağa yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir:

“Qanunsuz reklamlara haqsız, qeyri-dəqiq və ya gizli reklamlar aiddir. Bu reklamlardan istifadə etməklə haqsız rəqabətə yol verilməsi qanunsuzdur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa görə, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə həmin reklam haqsız reklam hesab edilir. Nəticə etibarilə, hər hansı bir şirkətin rəsmi tərəfdaşı (dileri) və ya distribütoru olmadığı halda bu cür reklamların verilməsi rəqabət və reklam qanunvericliyinin tələblərinin pozulması kimi qiymətləndirilir.

Bundan əlavə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə, istehlakçıların mal, iş və xidmət haqqında zəruri və düzgün məlumat almaq hüququ var. Malın, işin və xidmətin normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə satıcının verdiyi məlumata uyğunsuzluğu qüsur hesab edilir. Mal və malın xüsusiyyətləri haqqında məlumat hər bir halda istehlakçını çaşdırmayan və anlaşıqlı formada verilməlidir. İstehlakçıya məlumatın verilməməsi və ya yanlış məlumatın verilməsi inzibati məsuliyyətə səbəb olur”.

Məlumatda qeyd olunub ki, rəqabət və reklam qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşan istehlakçılar rəqabət orqanına - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər:

“Şikayət ərizəsi ilə müraciət edən şəxs müvafiq sənədləri təqdim etməklə yanaşı, qanun pozuntusunun onun qanuni marağına toxunduğunu sübut etməlidir. Həmçinin ərizədə müraciət edən və şikayət edilən bazar subyektləri barədə dəqiq məlumatlar, müraciət edənin tələblərinin mahiyyəti göstərilməli, rəqabət qanunvericiliyinin pozulması faktı izah olunmalıdır. Dövlət Agentliyinə rəsmi internet səhifəsi - https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif və elektron poçt - [email protected] vasitəsilə müraciət oluna bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri