Icma.az
close
up
RU
Rəssam Məzahir Ertuğ Avşarın 70 illik yubileyinə həsr edilmiş “Kosmosda gəzinti” adlı sərgisi açılıb

Rəssam Məzahir Ertuğ Avşarın 70 illik yubileyinə həsr edilmiş “Kosmosda gəzinti” adlı sərgisi açılıb

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Antalyada azərbaycanlı rəssam Məzahir Ertuğ Avşarın 70 illik yubileyinə həsr edilmiş “Kosmosda gəzinti” adlı sərgisi açılıb. Sərgi aprel ayının 29-na qədər davam edəcək. Açılış mərasimində rəssam bildirib ki, əsərləri haqqında çox danışmağı sevmir. Buna baxmayaraq qeyd edib ki, aprelin 19-da eyni məkanda onun əsərləri ilə bağlı tədbir keçiriləcək və o zaman o əsərləri haqqında məlumat verəcək.

Rəssam tədbir çərçivəsində şam qopuzu da ifa edib. Məzahir Ertuğ Avşar vurğulayıb ki, bu səs onu əsərlərinin səsidir. “Bu ən qədim musiqi alətlərindən biridir. Bunu Avropada da, Asiyada da, Skandinaviyada da ifa edirlər”-deyən rəssam ifasında əsərlərinin səsini ifa etdiyini bildirib.

Xatırladaq ki, Məzahir Ertuğ Avşarın 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Məzahir Ertuğ Avşar Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər İttifaqının, UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının, GƏSAM-ın üzvü, Türkiyə İncəsənət Əsərləri Birliyinin və s. üzvüdür. Bir neçə il Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq “Sovet türkologiyası”, “Xəzər”, “Qurtuluş” və “Qobustan” jurnallarında bədii redaktor vəzifəsində çalışıb.

Müəllimlik fəaliyyətinə Bakı Tətbiqi Elmlər və İncəsənət Kollecində və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rəhbərliyinin dəvəti ilə SU Gözəl Sənətlər Fakültəsini qurub və on il (2000-2010) SU GSF Keramika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məzahir Ertuğ Avşarın sənət və yaradıcılığında məşğul olduğu mövzular arasında türk xalqının tarixi və mədəniyyəti böyük yer tutur. Qədim türk damğaları, Orxon-Yenisey yazıları, türk mifologiyası, Erkən türk sənətinin simvol və motivləri, rəssam tərəfindən çağdaş şərh və anlayışla işlənir. Daha çox keramika heykəlləri formasında olan əsərlərində türk xalqının tarixdəki həyat tərzinin motivləri, dövlətçilik ənənəsinin simvol və mənaları, igidlik ruhu, mədəni simvollar, alpərən ənənə kimi mövzuları canlandırmağa çalışır.

Rəssamın “Totem” abidəsi insan anatomiyası və naxışını bilməsi, detallara həssaslığı bir qədər vətənpərvər və sadə üslubda özünü büruzə verir. Xüsusi olaraq qeyd edək ki, rəssamın yaxın aylarda sərgisinin açılacağı da planlaşdırılır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri