Icma.az
close
up
RU
Restorandan məhkəmə zalına: Məşhurların bitən evlilikləri

Restorandan məhkəmə zalına: Məşhurların bitən evlilikləri

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onlar kamera önündə, səhnədə gülümsəsələr də, şəxsi həyatlarında hər şey istədikləri kimi alınmayıb. Bəziləri nişan mərhələsində yollarını ayırıb, bəziləri isə böyük ümidlərlə qurduqları ailəni qoruyub saxlaya bilməyib. İllər keçsə də, onların ayrılıqları hələ də şou-biznesin ən çox müzakirə olunan mövzuları sırasında qalır.

Lent.az evlilik həyatı boşanma ilə nəticələnən azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Aygün Kazımova

Müğənninin ilk həyat yoldaşı İlqar İbrahimov olub. Onlar 1989-cu ildə ailə qurublar, 1990-cı ildə qızları İlqarə dünyaya gəlib. Cütlük 1991-ci ildə ayrılıb.

Lalə Məmmədova

Müğənni keçmiş həyat yoldaşı İlham Qafarovla 2004-cü ilin aprel ayında ailə qurub. Cütlüyün Nərgiz və Çinara adlı iki qızı var. 2013-cü ildən ayrılıblar.

Xumar Qədimova

Müğənni erkən yaşda ailə həyatı qurub. Bu evlilikdən onun Uğur adlı oğlu dünyaya gəlib. Bir müddət sonra Xumar xanım həyat yoldaşından ayrılaraq oğlu ilə tək yaşamağa qərar verib.

Nura Suri

Məlumata görə, müğənni üç dəfə ailə qurub. Onun Xosrov, Möhsen və David adlı üç oğlu var. 

Elçin Cəfərov

Müğənni Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı ilə 2016-cı ildə ailə həyatı qurub. Cütlük 2024-cü ildə boşanıb. Onların birgə nikahdan bir oğlan övladları var.

Oksana Rəsulova

Rəqqasə-aktrisa 3 dəfə ailə qurub. Birinci həyat yoldaşı Rusiya vətəndaşı olub. İkinci dəfə reper Elşad Xose ilə evlənib. Məlumatlara görə. cütlük reperin şiddət göstərməsi səbəbilə yollarını ayırıb.

O, üçüncü dəfə dostu Şəhriyar Əbilovla evlənib. Bu evlilikdən Osman adlı oğlu dünyaya gəlib. Lakin üçüncü evlilik də uzun sürməyib və ayrılıblar. 

Lətifə Soyuöz

Vokal, opera və rok ifaçısı Lətifə Soyuöz 2009-cu ildə Deniz Soyuöz adlı türkiyəli iş adamı ilə evlənib. Mətbuatda yayılan məlumatlara görə, keçmiş həyat yoldaşının ona bir neçə dəfə xəyanət etməsi cütlüyün evlilik həyatının bitməsinə gətirib çıxarıb. Onların bu evlilikdən  2014-cü ilin dekabr ayında Arif adlı oğulları dünyaya gəlib.

Rəqsanə İsmaylova

Müğənni gənc yaşlarında ailə həyatı qurub və bu evlilikdən Aysun adlı qız övladları dünyaya gəlib. Müğənni hazırda iş adamı Fazil Əmiraslanov ilə evlidir. Bu, onun həyatında rəsmi olaraq sayca üçüncü nikahıdır. O, 5 övlad anasıdır.

Qeyd edək ki, R.İsmayılovanın müğənni qızı Aysun İsmayılova da iki dəfə boşanıb. Onun vəkil Ramil Vəliyevlə qurduğu ikinci evliliyindən Sevgi adlı qız övladı var. Cütlük 2025-ci ildə boşanıb.

Sevda Ələkbərzadə

Əməkdar artist Sevda Ələkbərzadə 2014-cü ildə Cənubi Azərbaycandan olan iş adamı Kamiyarla ailə həyatı qurub. Cütlük 2016-cı ildə boşanma qərarına gəlib.

Müğənni açıqlamalarının birində deyib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Bu səbəbdən onlar ayrılıq qərarına gəlib. 

Tünzalə Ağayeva

Müğənni 21 yaşında rejissor Rəhman Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onun Fidan adlı bir qızı dünyaya gəlib. Ancaq bir müddət sonra o, həyat yoldaşından ayrılıb.

Elza Seyidcahan

O da boşanan məşhurlardandır. Bir dəfə rəsmi ailə quran müğənninin həmin evlilikdən Ələkbər adlı oğlu, Gülşən adlı qızı var. 

Elton Hüseynəliyev

Müğənni 2015-ci ildə prodüser həyat yoldaşı Toma ilə yollarını rəsmən ayırdığını açıqlayıb. Onların birgə nikahından 2 qız övladları var. 

Kərim Abbasov

İlk həyat yoldaşı, prodüser Təranə Səmədova ilə 2008-ci ildə evlənib və daha sonra qalmaqallı şəkildə boşanıblar. O, ikinci dəfə Təranə adlı xanımla ailə həyatı qurub və bu evlilikdən Yusif adlı bir oğlu var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 İyul 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri