Icma.az
close
up
RU
Restoranlarda iftar süfrəsi reklamı İlahiyyatçı deyir ki...

Restoranlarda iftar süfrəsi reklamı İlahiyyatçı deyir ki...

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda restoranların iftar menyuları açıqlanıb. Bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri müxtəlifdir. Belə ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir. Bir sıra şəxslər isə bu menyuların Ramazan ayı üçün yüksək olduğunu qeyd edir.

Qiymətlərdən əlavə, təklif olunan yeməklərin nə dərəcədə halal və oruc açmağa yararlı olması da gündəmdə olan məsələlərdəndir. Azad İstehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov deyib ki, biznes qurumları hazırkı vəziyyətdən istifadə edir və istehlakçı hüquqlarını bu cür qiymət siyasəti ilə pozurlar. Onun fikrincə, Nazirlər Kabineti sözügedən məsələ ilə bağlı müəyyən qərar qəbul etməlidir ki, biznes qurumları tərəfindən istehlakçı ilə belə rəftar olunmasın. Ümumiyyətlə, restoranların iftar süfrəsini reklam etməsi nə dərəcədə qəbul edilən haldır?

News24.az-ın məlumatına görə, dini mövzular üzrə araşdırmaçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirib ki, Ramazan ayı insanın nəfsi ilə mücadilə etdiyi aydır. Onun sözlərinə görə, bu ayda ibadətin bir qismi günün bəlli saatlarında yemək-içməkdən aralı qalmaqdır: “Lakin anlamalıyıq ki, Ramazan ayı təkcə yemək və içməkdən imtina ayı deyil. Eyni zamanda, günün bir hissəsini ac qalıb, iftarda və sahurda durmadan yemək də deyil. Ramazan orucu insanın bütün əzaları ilə oruclu olmaqdır”.

Rəsul Mirhəşimli

Mirhəşimli hesab edir ki, Ramazan ayının hikmətini dərindən anlaya bilsək, o zaman israf məclisləri də bu qədər genişlənə bilməz: “Hər il restoranların iftar menyülarındakı qiymətlərdə narazılıq yaşanır. İnsanlar bu qiymətlərin bahalığından şikayətlənir. Əgər həmin restoranlar Ramazan ayının başlaması ilə əlaqəli bu qiymətləri qaldırırlarsa, bu hal dini göstəricilər üzrə faiz anlamı kəsb edir. İslam dini baxımından faiz haramdır”.

Müsahibimizin fikrincə, oruc tutan bəzi insanlar iftar süfrələrinin dəbdəbəli olmasına üstünlük verirlər: “Ancaq burada əsas sual ortaya çıxır: bu cür iftar süfrələrində israf etmək, zənginlik və dəbdəbəyə meyl etmək həqiqətən də Ramazan ayının hikmətinə və məqsədinə uyğundurmu? İslam dini zəngin və rahat bir həyatın qaydalarını müəyyən edərkən, iftarın sadə və təvazökar bir şəkildə edilməsi, həddindən artıq zənginlik və israfdan uzaq durulması üçün bir yol göstərir. Allah-Təala Qurani-Kərimdə insanlara mal-dövlətlərini düzgün şəkildə istifadə etməyi və yemək-içmək məsələsində israf etməmək kimi tövsiyələr verir. Məsələn, ”Şübhəsiz ki, israf edənlər şeytanın qardaşlarıdır" (İsra surəsi, 27-ci ayə) deyə bildirilir. Bu ayə israf etməyin ciddiyyətini vurğulayır və insanları həm fərdi həyatlarında, həm də ictimai həyatlarında bu mövzuda həssas olmağa çağırır".

Mirhəşimli bildirib ki, oruc tutanlar Ramazan ayı boyunca Allah Rəsulu Hz.Məhəmmədin (s), onun səhabələrinin, Əhli-Beytinin (ə) yaşam tərzini göz önünə gətirsinlər: “Bir daha düşünsünlər ki, bütün müsəlmanlara və insanlığı nümunə olan peyğəmbərimiz hansı şərtlər altında, hansı şəraitdə oruc tutub. Peyğəmbərimizin ən sadə süfrəsini gözləri önündən canlandıra bilən müsəlman bu qədər zəngin iftar süfrələrinə meyl edərək, israfa yuvarlanmaz, həm də gündüz axşama qədər boş qalan mədəsinə iftarda zülm etməz”. R.Mirhəşimlinin sözlərinə görə, İslamın təlimlərinə əsasən, Ramazan ayında oruc tutan hər bir şəxs iftarın nə qədər zəngin və bahalı olduğu ilə deyil, Allaha yaxınlaşmaq, nəfsini tərbiyə etmək və başqalarına yardım etmək məqsədini güdməlidir.

Xatırladaq ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir. “Günaydın" restoranının hər iki filialında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır. “Fairmont Baku”nun “Le Bistro” restoranı bir nəfərlik iftar süfrəsini 88 manata təklif edir. “Hilton”un 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan “Sky Grill”də bir nəfər üçün iftar qiyməti 60 manatdır. “Hilton”un 1-ci mərtəbəsində yerləşən “Cilantro Restoranı” isə bir nəfərə iftar süfrəsini 49 manata açır. “The Landmark”ın 20-ci mərtəbəsində yerləşən “Caspian Grill Terrace” restoranında bir nəfərə iftar süfrəsi 40 manata təklif olunur. Səməd Vurğun küçəsindəki “Şehrazat” restoranında iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servishaqqı tətbiq edilir. Ağ şəhərdə yerləşən “Bashkent White City”də iftar qiymətləri iki cür - menyudan asılı olaraq 35-45 manat aralığında dəyişir.

“Dreamland”da iftar açmaq istəyən şəxs 33 manat və üstəgəl 6 faiz servishaqqı ödəməli olacaq. Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mamounia Baku” restoranında iftar qiyməti 29 manat, əlavə olaraq servishaqqı isə 10 faiz təşkil edir. “Fəvvarələr meydanı”ndakı “Fisincan” restoranı iftar süfrəsini müxtəlif cür menyular olmaqla 25, 30 və 35 manata təklif edir.

Eyni ərazidə, yerləşən “Caravan Baku”da isə qiymət 25 manat müəyyənləşib və bununla yanaşı 10 faiz servis haqqı nəzərdə tutulub. Həmçinin burada məşhur “Firuzə” restoranı bir nəfərə iftar süfrəsini 24 manata təqdim edir. “Salam Baku” restoranında iftar menyusu 26 manata təklif olunur. “Neftçilər” metrosu yaxınlığındakı məşhur “Biz-Bizə” restoranında iftar açmaq azı 30 manata başa gələcək. Badamdar qəsəbəsində dağın üzərində dənizə açılan mənzərəyə malik “Luxury Life Restaurant” müqəddəs ayda iftar süfrəsini cəmi 25 manata təklif edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Mart 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri