Icma.az
close
up
RU
Restoranlarda xaşa qadağa qoyula bilər? AÇIQLAMA

Restoranlarda xaşa qadağa qoyula bilər? AÇIQLAMA

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Almaniyada fəaliyyət göstərən restoranlarda xaş qadağan edilib. Qadağanın əsas səbəbi isə "Scrapie" adlı yoluxucu sinir sistemi xəstəliyidir. Bildirilir ki, "Scrapie" insanlarda rast gəlinməsə də, qoyun və keçilərin sinir sisteminə mənfi təsir göstərən xəstəlikdir, insana yoluxa bilər. Bu qərar Azərbaycanda da təşviş yaradıb. Qış fəslinin məşhur yeməklərindən sayılan xaşın zərərli olduğu, restoranlarda satışına qadağa qoyulacağı iddia edilir. 

Herba Flora şirkətinin təsisçisi, Herba Medical Tibb Mərkəzinin baş həkimi, məşhur fitoterapevt həkim Fizuli Hüseynov Pravda.az-a açıqlamasında deyib ki,  Almaniyada xaş yemək adəti yoxdur: 

“Belə şeyləri görəndə başa düşürük ki, siyasətdir, sağlam qidalanma ilə əlaqəsi yoxdur. Bu ölkədə çoxlu sayda türk yaşayır. Türk adəti ilə restoranlar açılır, xaş yeməkləri çox yayılır. Təbii ki, bu, almanları narahat edir. Buna görə də onlar ölkədə xaşa qadağa qoydular. Xaşın tərkibində belə bir maddə var, amma çox azdır. Əslində, hər bir qida vasitəsində az da olsa, müəyyən qədər zəhərli birləşmələr mövcuddur. Amma bu zəhərli birləşmələr də insana fayda verir. Almanların həmin zərərli maddəni bəhanə etməkdə məqsədləri xaş satılan restoranları bağlamaqdır. Bu yaxınlarda dönərə rəqib, dönər tipində qida  hazırlamışdılar. Bunun hətta patentini almaq istəyiblər, təbii ki, türklər imkan verməyiblər”. 

Həkim vurğulayıb ki, xaşın faydalarını hamı bilir: 

“Zəif orqanlar üçün xaşın qidalandırıcı faydası var. Tərkibində suda həll olan kalsium mövcuddur. Zəif odun üstündə bişəndə sümüyün tərkibindəki kalsiumlar suya keçir. Bu da insan orqanizmi üçün çox faydalıdır. Güclü qidalandırıcı xüsusiyyəti var. Tərkibində bağırsaq mikroflorası baxımından qidalandırıcı mikroorqanizmlər mövcuddur. Saç uzanması, saç tökülməsinin qarşısının alınmasında çox faydaları var. Sümükləri bərkidir. Xaşın faydalarını saymaqla bitməz”. 

Aytəkin Qardaşova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see278

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see153

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see110

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin rəsmiləri ilə görüşdü FOTO

03 İyun 2025 18:02see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri