Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Rəsulzadənin ailəsi YENİ FOTOLAR VƏ MƏLUMATLAR

Rəsulzadənin ailəsi YENİ FOTOLAR VƏ MƏLUMATLAR

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

” Tarix muzeyində Bakı sakinlərinin iştirakı ilə keçirilən “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirənin xoş sədaları ilə bərabər olduqca qiymətli sürprizləri də gəlib. Biz özümüz Rais bəy Rəsulzadədən başqa şəxsən heç kimi dəvət etməmişdik və tədbirdən sonra məlum olanda ki, qonaqlarımızın arasında Məhəmməd Əmin bəyin digər ailə üzvləri də var və onlar məhz FB-dəki elanı oxuyub gəliblər, təbii ki, çox sevindik”.

Gununsesi.info-nun  xəbərinə görə, bunu tarix elmləri doktoru ,professor Solmaz Rüstəmova Tohidi sosial şəbəkə hesabında yazıb.

“Deyəsən, Rais bəyin özü üçün də yaxın qohumlarını – bibisi qızı mərhum Firuzə xanımın övladları və nəvələri ilə bu görüş xoş təsadüf oldu. Yeni tanışlarımızla ayaqüstü söhbətləşdik, şəkillər çəkdirdik, lakin digər qonaqlar çox olduğundan ətraflı ünsiyyət qura bilmədik.

Ertəsi gün isə tədbirin təşkilatçısı Fərhad Hacıyev qonaqlardan birinin onunla əlaqə saxlayıb, Rəsulzadə ailəsindən bir neçə şəkli mənə çatdırmasını xahiş etdiyini bildirdi. Məlum oldu ki, Həsən Məmmədov adlı dinləyicimizdə mənim Rəsulzadə ailəsinə aid slayd-təqdimatımda bəzi şəkillərin olmaması təəccüb doğurub. Etiraf edim ki, göndərilən şəkillərin bir neçəsi, eləcə də məlum bir fotonun açıqlaması mənim özümdə təəccüb deyil, əsil şok yaratdı. Onları ilk dəfə idi görürdüm. Təbii ki, dərhal Həsən bəylə telefon əlaqəsi saxladım, onun M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu olduğunu öyrəndim, göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığını soruşdum. Həsən bəy anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirdi. Həmçinin məlum oldu ki, 2007-ci ildə bu şəkillərin bir hissəsi “El” jurnalının may sayında, “Ölümə məhkumlar” adlı məqalədə çap olunub.

“Rəsulzadə ev-muzeyi” saytını və virtual muzey layihəsini hazırlayarkən Rəsulzadə ailəsinin şəkillərini Vahid Mustafayevin necə axtardığının özüm şahidi olduğumdan onların ilk dəfə məhz “ANS press”ə məxsus “El” jurnalında nəşri faktını artıq taleyin ironiyası, yaxud bizimlə oyunu kimi qəbul etməkdən başqa izah qalmadı. Demək, dünənki tədbirin həm də “Rəsulzadə ev –muzeyi” şəkil qalereyasını zənginləşdirmək kimi təyinatı da varmış.

Dostlar, bu şəkilləri, xüsusilə Məhəmməd Əmin bəyin 4 balasının qəmli, tutqun, gərginlik və nigarançılıq dolu baxışlarını sakitcə seyr etmək mümkün deyil… Bütöv bir xalqı dövləti olan millət edən və yaratdığı dövlətin ilk başçısı olan bir Kişinin övladları beləmi baxmalı idilər ətrafa… Bütöv bir xalqın siyasi taleyini həll etmiş Ataları haqda körpəlikdən eşitdikləri nahaq tənələr idimi onları belə gözüqıpıq edən…

Rəsulzadənin 20-ci illərdə uzaq İstanbuldan Parisə, Ceyhun bəy Hacıbəyliyə yazdığı məktublardakı – “Mən də ailəmi buraya gətirmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir” – sətirləri arasından süzülən nisgildən, ağrıdan xəbərləri vardımı bu uşaqların… Ara-sıra atalarının göndərdiyi paltarları, çəkmələri geyəndə “İlk görəcəyim işlərdən biri ailəmi yanıma gətirməkdir” yazan Məhəmməd Əmin bəyin fikrinin daim onların yanında olduğunu heç olmasa hiss edirdilərmi …

Təqiblərdən azca da olsa qurtula bilmək üçün Ümbülbanu xanımın “daha bizə məktub yazma” xahişini oxuyanda nələr keçirmişdi Məhəmməd Əmin bəy…

Qurtula ki, bilmədilər ! Tale niyə məhz bu ailəyə qarşı bu qədər amansız oldu???

Suallar çoxalır… Şəkillərə qayıdaq…

Burada yalnız “Rəsulzadə ev-muzeyi” virtual muzeyinə yeni daxil ediləcək şəkilləri paylaşıram.

Həsən bəy Məmmədova bir daha dərin təşəkkürlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Fevral 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri