Icma.az
close
up
RU
Rəsulzadənin məhv edilmiş ailəsi: xanımı, qızları, oğlanları FOTOLAR

Rəsulzadənin məhv edilmiş ailəsi: xanımı, qızları, oğlanları FOTOLAR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış alim, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi ömrünü Azərbaycanın müstəqilliyi və azadlıq uğrunda mübarizəyə fəda etmiş görkəmli ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadənin ailəsinə məxsusu yeni şəkillər təqdim edib.
Modern.az-ın məlumatına görə, indiyədək internet resurslarında yayımlanmayan bu şəkillərdə Məhəmməd Əmin Rəsulzadənin övladları, həyat yoldaşı və digər ailə üzvləri təsvir olunub.
“Şəkillərdə Məhəmməd Əmin bəyin 4 övladının qəmli, tutqun, gərginlik və nigarançılıq dolu baxışlarını sakitcə seyr etmək mümkün deyil... Bütöv bir xalqı dövləti olan millət edən və yaratdığı dövlətin ilk başçısı olan bir Kişinin övladları beləmi baxmalı idilər ətrafa... Bütöv bir xalqın siyasi taleyini həll etmiş Ataları haqda körpəlikdən eşitdikləri nahaq tənələr idimi onları belə gözüqıpıq edən...”, - deyə Solmaz Rüstəmova-Tohidi bildirib.
O, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olarkən ailəsini öz yanına aparmaq istədiyini, lakin buna nail ola bilmədiyini də xatırladıb.
“Rəsulzadə 20-ci illərdə uzaq İstanbuldan Parisə, Ceyhun bəy Hacıbəyliyə yazdığı məktublarda qeyd edirdi: “Mən də ailəmi buraya gətirmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir”.
Bu sətirlərin arasından süzülən nisgildən, ağrıdan xəbərləri vardımı o uşaqların... Ara-sıra atalarının göndərdiyi paltarları, çəkmələri geyəndə “İlk görəcəyim işlərdən biri ailəmi yanıma gətirməkdir” yazan Məhəmməd Əmin bəyin fikrinin daim onların yanında olduğunu heç olmasa hiss edirdilərmi...

Təqiblərdən azca da olsa qurtula bilmək üçün həyat yoldaşı Ümbülbanu xanımın “daha bizə məktub yazma” xahişini oxuyanda nələr keçirmişdi Məhəmməd Əmin bəy...

Qurtula ki, bilmədilər! Tale niyə məhz bu ailəyə qarşı bu qədər amansız oldu?!

Suallar çoxalır...”, - tarixçi alim qeyd edib.
Aşağıda Məhəmməd Əmin Rəsulzadənin ailə şəkillərini təqdim edirik:



Məhəmməd Əmin Rəsulzadənin övladları - böyük qızı Lətifə (1910-cu il), qucağında Rəsulzadənin kiçik oğlu Azər (1920), oğlu Rəsul (1914) və qızı Xalidə (1916).

Arxada ayaq üstə: Rəsulzadənin böyük qızı Lətifənin həyat yoldaşı Məşədi Damad Əliheydər oğlu Müslümzadə (1940-cı ildə həbs olunub, 1943-də güllələnib);
Oturanlar: Məhəmməd Əmin bəyin həyat yoldaşı Ümbülbanu xanım, böyük qızı Lətifə, kiçik qızı Xalidə; (Qazaxıstana sürgün olunublar, Ümbülbanu xanım və Lətifə sürgündə soyuqdan və acından ölüblər, Xalidə gizlincə Bakıya qayıdıb, az sonra burada itkin düşüb)
Öndə ayaq üstə: Məhəmməd Əmin bəyin oğulları: Rəsul (1938-ci ildə həbs edilib və güllələnib) və Azər (ailəsi ilə sürgün olunub, ömrü boyu Qazastanda yaşayıb).

Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım ilk övladı Lətifə ilə.



Məhəmməd Əmin bəyin kürəkəni Damad Müslümzadə, Rəsulzadənin böyük oğlu Rəsul (sağda) və kiçik oğlu Azər (solda).

Rəsulzadənin nəvəsi - böyük qızı Lətifənin ilk övladı Firuzə sürgündən Bakıya qayıtdıqdan sonra.
 


Məhəmməd Əmin bəyin kiçik oğlu Azər Rəsulzadə (1960-cı il).
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devriləndən sonra Məhəmməd Əmin Rəsulzadə məcburiyyət səbəbindən vətəni tərk edib. Onun Novxanı kəndində yaşayan ailəsi olmazın məşəqqətlərə qatlaşıb.
Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım onun əmisi qızı idi.
Ailədən ilk olaraq Rəsulzadənin böyük oğlu Rəsulu həbs etmişdilər. O zaman onun 19 yaşı vardı. Sonra da yerdə qalan ailə üzvlərini həbs edib Qazaxıstan çöllərinə yolladılar. Sürgündə böyük oğlunun həbsinə dözməyən Ümbülbanu xanımın ürəyi partlamışdı.
Rəsulzadənin kiçik oğlu Azər sonralar xatirələrində anasını bu cür təsvir edib:
"Anam soyuğa da dözərdi, aclığa da. Amma o qürbət elə gedən gündən Rəsulun adı dilindən düşmürdü. "Oğlumu nahaq güllələdilər" deyib ağlayırdı. Elə bu dərdlə də dünyadan köçdü. Tez-tez atam haqqında kinayəli sözlər eşidirdik. Bizə deyirdilər: "Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz". Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı".
Ümbülbanu xanım 1940-cı ildə sürgündə vəfat edəndə 51 yaşında idi. 
Rəsulzadənin ilk övladı Lətifə faciələrin ən ağırını yaşamalı olub. 1912-ci ildə anadan olan Lətifə atasını sonuncu dəfə 8 yaşı olarkən görmüşdü. 1930-cu ildə isə bu xanıma ailə qurmaq nəsib olmuşdu. O, üç qız uşağı dünyaya gətirmişdi. Lətifə xanımı iki qızı ilə birgə Qazaxıstana sürgün ediblər. O, uzaq Qazaxıstanın soyuğuna və işgəncəli şəraitə dözə bilmədi. 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata göz yumdu. O, biri qızı, 13 yaşlı Firuzə səhər yuxudan ayılanda anasını və bacısını ölmüş görmüşdü...
Lətifə xanımın sürgünə göndərilən ailəsindən ayrı düşən 3-cü qızı Sonanın sonrakı taleyi məlum deyil.
Rəsulzadənin kiçik qızı Xalidə də itkin düşdü. 1940-cı ildə Ümbulbanu xanımın vəfatından sonra kiçik övladları  Azərlə Xalidə tək qalmışdılar. Xalidə sürgündə vəfat edən nənəsi Maral xanımı (Rəsulzadənin anası), anası Ümbülbanu xanımı qürbət torpaqda dəfn etmişdi. Bundan sonra 24 yaşlı bu qız Qazaxıstandan baş götürüb Bakıya qaçmışdı. O, Bakıya gəlib çatsa da, az keçməmiş itkin düşüb. İndiyə kimi də haqqında hər hansı məlumat yoxdur.
Qardaşı Azər Xalidəni hər yanda axtarsa da, heç bir xəbər ala bilməyib. Azər Rəsulzadə ölən günə qədər bacısını axtarıb, amma istəyinə çata bilməyib. 
Azər Məhəmməd Əmin bəyin uzun ömür yaşayan yeganə övladı oldu. O, atasını sonuncu dəfə iki aylıq olanda görmüşdü. 
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin axırlarında qürbətdə son nəfəsində üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək dünyasını dəyişəndə ailəsindən yalnız kiçik oğlu Azər sağ idi.  1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda - Karaqanda şəhərində dünyasını dəyişib.
Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri