Reuters : ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ rəsmiləri və husilər arasında Omanda görüş keçirilib.
“Reuters” anonim mənbələrə istinadən xəbər verir ki, görüş həftə sonu husilər Yəməndə strateji mühüm əraziləri ələ keçirdikdən sonra baş tutub.
Məlumata görə, görüşdə husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq olduqlarını bildiriblər.
Həmçinin, İsrailə məxsus gəmilərin də hədəfə alınmayacağı, yalnız Səudiyyə Ərəbistanı gəmilərinə hücum ediləcəyi vurğulanıb.
ABŞ Dövlət Departamenti husilərlə görüş xəbərini təsdiqləməyib. Lakin qeyd edilib ki, Qırmızı dənizdə naviqasiya azadlığının qorunması ABŞ-ın marağındadır.
Omanın ABŞ-dakı səfirliyi və husilər də “Reuters”in sorğusuna cavab verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Sentyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















