Icma.az
close
up
RU
Yalan xəbərlər...

Yalan xəbərlər...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dezinformasiyalara qarşı necə mübarizə aparaq?

Yalnız Azərbaycan deyil, bütün dünya saxta, təxribatçı, yalan xəbərlərin yayılmasından əziyyət çəkir. Məlumdur ki, dezinformasiyalar, yayılması qadağan olan məlumatlar əsasən sosial şəbəkələr üzərindən asanlıqla tirajlanır. Təbii ki, oturuşmuş cəmiyyətlərdə, böyük, güclü dövlətlərdə feyk xəbərlərə inananlar az olur. Çünki həmin ölkələr təxribatçı, yalan informasiyaların ayaq aça bilməməsi üçün müvafiq əks mexanizm qurublar. Media ekspertlərinin qənaətinə görə, saxta xəbərlərin cəmiyyətlərdə yayılmasının qarşısını yalnız sağlam, böyük oxucu kütlələri olan, etimad göstərilən media qurumları ala bilər. Onların fikrincə, bu sahədə iş müasir dövrün tələblərinə uyğun şəkildə qurulmalıdır. Belə ki, ciddi, doğru, yoxlanılmış xəbərlər yayan, dezinformasiyaları tez bir zamanda deşifrə edən saytların izləyicisinin, oxucusunun, qəzetlərin tirajının maksimuma çatdırılmasına nail olunmalıdır.

Sosial medianın riskləri...

Mövzunu “Yeni Azərbaycan”a şərh edən tanınmış telejurnalist, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, internet texnologiyalarının sürətlə inkişaf etdiyi bir dönəmdə yanlış və saxta xəbərlərin daha çox şahidi olmağa başlamışıq. Onun sözlərinə görə, xüsusən də sosial mediada bəzən doğru ilə yalanın bir-birinə necə qarışdığının şahidi oluruq.

Professor qeyd edib ki, sosial media hər nə qədər informasiyanı sürətli bir şəkildə əlçatan etsə də, gətirdiyi risklər də göz önündədir: “Dezinformasiya yayanlar bunu bilərəkdən, düşünülmüş qaydada, hansısa məqsədlərə xidmət etmək üçün edirlər. Bunu bəzən məlumatsızlıqdan, kortəbii yayılan saxta məlumatlarla eyniləşdirirlər, ancaq bu, belə deyil. Dezinformasiyanın yayılması daha da təhlükəlidir, bunun arxasında bəzən hansısa siyasi məqsədlər də dura bilir. Xüsusən də, müharibə, təbii fəlakətlər kimi həssas dönəmlərdə biz bunun daha çox şahidi oluruq”.

Dünya təcrübəsi nə deyir?

Q.Məhərrəmlinin sözlərinə görə, media savadlılığı məqsəd və mahiyyət etibarı ilə auditoriyaya ötürülən, əldə olunan, oxunan, rast gəlinən informasiyanı dəyərləndirmək, qiymətləndirmək və onu tanımaq bacarığıdır: “Ona görə də Avropa ölkələrində, qardaş Türkiyədə hətta orta məktəblərin dərslik proqramına media savadlılığı adlı bölmə əlavə olunub və 10 ildən çoxdur ki, bu tədris olunur. Bunun əsas məqsədi informasiya aləmi ilə tanışlıqdır. KİV-də gedən müxtəlif xarakterli informasiyaların xarakterini, səciyyəsini, məqsədini, onun doğru olub-olmamasını aydınlaşdırmaq səriştəsidir. Media savadlılığı üçün ümumiyyətlə media aləmini, medianın əsas məhsulu olan məlumatların xarakterini, xəbər parametrlərini bilməliyik. Məsələn, oxucu xəbərin dolğun, doğru və yaxud dezinformasiya olmasını necə müəyyənləşdirməlidir? Həmin oxucuda xəbər parametrləri nədir, media qurumunun əsas məqsədi nədir, xəbər konkret mənbələrə əsaslanırmı, xəbər hansı məqsədi güdür, xəbərdə təbliğat çaları varmı, xəbərdə başqa niyyət varmı kimi müəyyən məlumatlar olmalıdır. Bunların hamısı incə məqamlar olduğuna görə, bunu orta məktəblərdə tədris edirlər. İnformatika dərsi keçirilir, informasiya azadlılğı ilə bağlı bunların hamısı bütöv bir şəkildə auditoriyaya təqdim olunur”.

Media savadlılığının əsasları...

Q.Məhərrəmli vurğulayıb ki, media savadlılığının iki aspekti var: “Birincisi, ümumi auditoriya, bütün vətəndaşlar və cəmiyyət üzvləri üçün lazım olan media savadlılığıdır. Yəni bizim media haqqında anlayışımız və medianın əsas məhsulu olan informasiya haqqında məlumatımızın olmasıdır. İkinci aspekt də media savadlılığının KİV-i, media qurumlarının özündə olan media savadlılığıdır ki, bu, sırf peşəkarlıq məsələsinə söykənir. Yəni, xəbərlərin doğru, mənbəyə əsaslanan, balanslı verilməsi, xəbər parametrlərinə əməl olunması, xəbərin suallarının doğru-dürüst bilinməsi, araşdırmaların düzgün aparılması. Bunların hamısı bütöv şəkildə media savadlılığının və medianın özündə olan savadlılığın əsasını təşkil edir”.

Çıxış yolu nədir?

Professor qeyd edib ki, saxta informasiyaya qarşı mübarizə aparmanın ən yaxşı yolu doğru-düzgün məlumatların yayılmasıdır: “İndi xüsusi proqramlar vasitəsilə şəkillərdən tutmuş yazılı məlumatlara qədər - bunların hamısının saxta olub-olmadığını müəyyənləşdirmək mümkündür. Süni intellekt bu məsələyə həm fayda verir, həm də ciddi problemlər yaradır. Ona görə də ümumi səviyyənin olması, jurnalistika qaydalarına əməl edilməsi çox önəmlidir ki, saxta xəbəri doğru xəbərdən ayıra bilək”.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Dekabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see252

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see220

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri