Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Rey Kərimoğlu:“Prezidentimiz müsbət enerjili, sadə və diqqətcil bir insandır”

Rey Kərimoğlu:“Prezidentimiz müsbət enerjili, sadə və diqqətcil bir insandır”

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 “Qarabağda yalnız infrastruktur deyil, milli ruh da bərpa olunur”


Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Qarabağın mədəni dirçəlişi baxımından əlamətdar olan bu tədbir, təkcə yeni bir mədəniyyət ocağının istifadəyə verilməsi deyil, həm də xalqımızın tarixi yaddaşının, milli musiqi irsinin və mənəvi dəyərlərinin yenidən canlandırılması kimi mühüm əhəmiyyət daşıyır. 

Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin çıxışı və tədbir iştirakçıları ilə səmimi görüşü göstərdi ki, azad edilən torpaqlarda aparılan quruculuq işləri yalnız infrastrukturla məhdudlaşmır, eyni zamanda mənəviyyatın və milli ruhun bərpasına da xidmət edir.

Prezident açılışda çıxış edərək Ağdamın və bütövlükdə Qarabağın bərpası prosesinin strateji əhəmiyyətini vurğulayıb. 

Dövlət başçısı həmçinin qeyd edib ki, Qarabağın dirçəlişi təkcə fiziki infrastrukturla deyil, ruhun, mənəviyyatın bərpası ilə müşayiət olunur. Prezident bildirib ki, 32 il ərzində bir çox çətinliklərdən keçsək də, Azərbaycan inkişaf yolundan dönməyib və əldə edilən bu uğurlar düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Muğam Mərkəzinin açılışı da bu inkişafın bir parçasıdır. Dövlət başçısının sözlərinə görə, “azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir” – bu ifadə yalnız siyasi deyil, mənəvi baxımdan da xalqla birliyin, torpağa bağlılığın və mədəni irsə sədaqətin ifadəsidir.

Tədbirdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın incəsənət xadimləri və müharibə veteranları ilə səmimi görüşü bu mədəni hadisəyə həm siyasi, həm də insani dəyər qatdı. Bu görüş, Qarabağda təkcə daş və divarların deyil, eyni zamanda ruhun, yaddaşın, birliyin də bərpa olunduğunun bariz nümunəsi olub. 


Qarabağ müharibəsi iştirakçısı, ictimai xadim Rey Kərimoğlu həmin görüş və ümumilikdə bu mühüm hadisə ilə bağlı fikirlərini “Şərq”lə  bölüşüb. Qarabağ qazisi  bildirib ki, 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir:

“Qəhrəman ordumuzun şücaəti ilə Ağdam işğaldan azad olunduqdan sonra ora gedən ilk şəxslərdən biri olmuşam. İlk səfərimdən son səfərimə qədər hər dəfə fərqli hisslər, dərin təəssüratlar yaşamışam. Ağdama hər səfərim mənə sözlə ifadəsi çətin olan duyğular bəxş edir – ağrı və acı ilə yanaşı, sevinc və qürur bir-birinə qarışır. Ağdam mənim doğulub boya-başa çatdığım yurdumdur. Kəndimiz işğal ediləndə kifayət qədər yaşım vardı və baş verənləri bütün təfərrüatı ilə xatırlayıram – kəndimizi küçə-küçə tanıyırdım. İşğal dövründə hər şey yerlə yeksan edilmişdi, yalnız Cümə Məscidi, Şahbulaq qalası və Ağdam Dram Teatrının bir hissəsi salamat qalmışdı. Bu gün isə Ağdam yenidən qurulur. Şəhərə və ətraf kəndlərə baxdıqca ürəyim açılır, sonsuz sevinc hissi keçirirəm. Ağdamda və onun kəndlərində genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam edir. Bu proseslər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində aparılır. Kəndlərdə məktəblər, uşaq bağçaları, rabitə qovşaqları, tibb məntəqələri, klub icma mərkəzləri və digər ictimai obyektlərin tikintisi də həyata keçirilir. Xüsusən Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti işləri aparılır. İnşallah, bu ilin noyabr ayında bu ərazilərə köç karvanı da yola salınacaq”. 


R.Kərimoğlu bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgədə aparılan bərpa və dirçəliş prosesinə birbaşa nəzarət etməsi, açılış mərasimlərində şəxsən iştirak etməsi, doğma yurdlarına qayıdan insanlara evlərinin açarlarını şəxsən təqdim etməsi Qayıdış Prosesinə mühüm təsir göstərir. Bu, həm bərpa-quruculuq işlərinə cəlb olunan insanlar arasında, həm də ümumilikdə əhali arasında böyük ruh yüksəkliyi yaradır. 

Cənab prezident də bunu bildiyi üçün işğaldan azad olunan rayonlara müntəzəm səfərlər edir, özünün əziz günlərini, bayram günlərini məhz bu ərazilərdə qeyd edir. Ağdama səfərin də mayın 10-da keçirilməsi təsadüfi deyildi. 

Ulu Öndər Heydər Əliyevin doğum gününü Ağdamda qeyd etmək təbii ki, rəmzi məna daşıyır. Prezident İlham Əliyevin Ağdama səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır. 

Qarabağ qazisinin fikrincə, uzun illər işğal altında qalmış və "Qarabağın Xirosiması" adlandırılan Ağdamda muğam mərkəzinin inşası Azərbaycan dövlətinin mədəniyyətə və milli kimliyə verdiyi önəmi göstərən əlamətdar hadisədir. Muğam Azərbaycan mədəniyyətinin ruhunu ifadə edən ən dəyərli musiqi janrlarından biridir. Onun daşıdığı fəlsəfi və estetik yük təkcə musiqi sənətindən ibarət deyil, eyni zamanda, xalqın tarixi yaddaşını, emosional dünyasını və mənəvi dirənişini özündə əks etdirir:

“Birinci xanım  Mehriban Əliyeva Azəbaycan mədəniyyətinə və incəsənətinə böyük önəm verir, muğamın ən böyük dəstəkçilərindən biridir. Muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə  də məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.

İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılış mərasimində sənət adamları və "Qarabağ bülbülləri" birgə "Qarabağ" mahnısını oxudu.

Muğam Mərkəzinin açılış mərasimində məktəbli uşaqların “Qarabağ şikəstəsi”ni məharətlə oxumaqlarının Prezident İlham Əliyevi kövrəltdiyi anları yəqin ki, hamınız izlədiniz. Əminəm ki, bu  Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Bu gün Ağdam şəhəri və kəndlərinin bərpası istiqamətində genişmiqyaslı işlərin görülməsi, xüsusən Prezident İlham Əliyevin bölgəyə səfərləri zamanı infrastrukturun qurulması istiqamətində ciddi tapşırıqların verilməsi ağdamlı məcburi köçkünlərin ürəyindən xəbər verir. Dövlətimizin siyasi imkanları, iqtisadi və hərbi gücü, beynəlxalq nüfuzu, xalqımızın sarsılmaz həmrəyliyi yeni hədəflərin reallaşacağına şübhə yeri qoymur. Bütövlükdə, postmüharibə dövründə qarşıya qoyduğumuz hədəflərə addım-addım çatırıq. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır”.

Son olaraq, Prezident və birinci xanımın incəsənət xadimləri və müharibə veteranları ilə səmimi ünsiyyətinə diqqət çəkən 

R.Kərimoğlu bildirib ki, bu qədər təbii, içdən və diqqətli münasibət dövlətin yalnız siyasi deyil, eyni zamanda mənəvi dayaqlar üzərində qurulduğunu aydın şəkildə göstərir: 

“Bu, bir komandanın əsgərləri ilə, bir xalqın ruhunu yaşadan sənətkarlarla qurduğu milli həmrəylik mənzərəsidir. Ölkənin qazi Ali Baş Komandanı olaraq cənab İlham Əliyev hər zaman müharibə veteranlarına yüksək dəyər verir, onların yanında olduğunu sözlə deyil, əməldə göstərir. Qarabağ qazisi və Ağdam sakini kimi bu münasibəti sadəcə təşəkkürlə deyil, həm də gələcəyə olan inamın rəmzi kimi qəbul edirəm. Ağdam yenidən qurulur, lakin bu dirçəlişin təməlində məhz belə mənəvi bağlar, diqqət və ehtiram dayanır. Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi münasibət bizi həm mənəvi olaraq sağaldır, həm də bir xalq kimi birləşdirir.

Görüşümüz çox səmimi keçdi. Ölkə başçımız müsbət enerjili, sadə və diqqətcil bir insandır. Allah onu qorusun! Ölkəmiz və dövlətimiz naminə çox böyük və dəyərli işlər görürlər. Allah onlardan razı olsun. Bir qazi və vətəndaş olaraq hər zaman Prezidentimizin yanındayıq. Gücümüz çatdığı qədər ona dəstək verməyə hazırıq!”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri