Icma.az
close
up
RU
Rey Kərimoğlu: Dünya ictimaiyyətini ikiüzlü siyasətə, birtərəfli yanaşmaya son qoymağa çağırırıq

Rey Kərimoğlu: Dünya ictimaiyyətini ikiüzlü siyasətə, birtərəfli yanaşmaya son qoymağa çağırırıq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Xocalı, 1 may, AZƏRTAC

Qarabağda növbəti kütləvi məzarlığın aşkarlanması prosesini böyük təəssüf hissi ilə izləyirik. Burada ermənilərin törətdiyi vəhşiliyin, kütləvi insan qətlinin fraqmentlərini görürük.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri qazi Rey Kərimoğlu deyib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Xocalıda gedən döyüşlərdə iştirak etdiyini və Xocalı faciəsi zamanı insanların xilas edilməsi məqsədilə ərazilərdə olduğunu diqqətə çatdıran R.Kərimoğlu fikirlərinə belə davam edib: "Şahidlərin, əsirlikdən xilas edilənlərin verdiyi məlumata görə, burada xeyli məzarlıqlar var. Bu faciəni izah etməyə kəlmələr yetmir. Burada mülki şəxslər xüsusi amansızlıqla qətlə yetirilərək dəfn ediliblər. Çox şübhəsiz ki, burada başqa qəbiristanlıqlar da var. Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq dünya ictimaiyyətini məsələyə diqqət yönəltməyə çağırırıq. Ermənilər bütün dünyada Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası aparırlar. Halbuki özləri burada böyük bir vəhşilik törədib, minlərlə dinc sakini qətlə yetiriblər. Artıq Bakıda məhkəmələri davam edən ermənilər də bunu etiraf edirlər. Dünya ictimaiyyətini məsələyə diqqət yetirməyə çağırırıq. Tələb edirik ki, cinayətkarların cəzalandırılsın, zərərçəkənlərə kompensasiya ödənilsin. Təəssüf ki, Avropanın, dünyanın aparıcı dövlətləri bu məsələdə yenə də susqunluq nümayiş etdirirlər. Bu, bizi çox narahat edir. Biz tez-tez kütləvi şəkildə dəfn edilən mülki insanların qəbirləri ilə rastlaşırıq. Lakin dünya ictimaiyyəti yenə də susur. Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işləri qaldırılıb, cinayətkarlar bəllidir. Onlardan bəziləri tutulublar. Ağır cinayətlərə görə ittiham olunanların Avropada, dünyada müdafiəçiləri peyda olub. Onların cinayət əməllərinə şahid olan yüzlərlə şahid, adı çəkilən amma həbs olunmayan canilər var. Onlar həbs olunmalıdırlar. Odur ki, dünya ictimaiyyətini ikiüzlü siyasətə, birtərəfli yanaşmaya son qoymağa çağırırıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri