Icma.az
close
up
RU
RF Dövlət Dumasının deputatı RusiyaAzərbaycan layihələrinin reallaşdırılması perspektivlərindən danışıb AZƏRTAC

RF Dövlət Dumasının deputatı RusiyaAzərbaycan layihələrinin reallaşdırılması perspektivlərindən danışıb AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva, 18 noyabr, AZƏRTAC

Bakıda keçirilən BMT-nin iqlim dəyişikliyi üzrə ən böyük konfransı olan COP29-da Rusiya Federasiyası Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunub. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində bu səfər çərçivəsində keçirilmiş Rusiya-Azərbaycan danışıqlarının nəticələrini və əhəmiyyətini şərh edib.

– Dmitri İvanoviç, sizcə, Rusiya nümayəndə heyətinin Bakıya növbəti səfərinin əsas məqsədi nə idi və buna nail olundumu?

– Rusiya nümayəndə heyətinin Bakıdakı vəzifələri çox müxtəlifdir və artıq çox iş görülüb. Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevin Mixail Mişustinlə son görüşündə qeyd etdiyi kimi, Rusiya hətta COP29-un Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu ərəfəsində və region üçün misli görünməmiş tədbirin təşkili zamanı Azərbaycanı ardıcıl dəstəkləyib.

Təbii ki, nümayəndə heyətimizin COP29-da iştirakı çox aktivləşdi, çünki iqlim dəyişikliyi ilə mübarizədə Rusiyanın təcrübəsi və imkanlarını qiymətləndirməmək olmaz. İkincisi, bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı fəaliyyət o qədər intensiv və çoxşaxəlidir ki, sadəcə olaraq, mütəmadi surətdə irimiqyaslı birgə layihələrin həyata keçirilməsini yoxlamaq və qiymətləndirmək, onların inkişaf vektorlarını tənzimləmək lazımdır.

Təkcə onu xatırlatmaq kifayətdir ki, bu il ölkələrimizin liderləri artıq beş dəfə görüşüblər. Onların tapşırığına əsasən, hökumətlərimiz və parlamentlərimiz, nazirlik və idarələrimiz səviyyəsində sıx birgə iş aparılır. Rusiya nümayəndə heyətinin Bakıya səfəri zamanı hökumətlərimizin başçıları arasında da danışıqlar aparılıb. Yükdaşımalarda və qarşılıqlı ticarətdə artım qeyd edilib ki, ilin sonuna qədər bu sahədə milli valyutalarda rekord göstəricilər gözləyirik. Biz əməkdaşlığımızın bütün uğurlu sahələrinin – məsələn, neft-qaz sektorunda, kənd təsərrüfatında, əczaçılıq, regionlararası qarşılıqlı əlaqədə, sənaye kooperasiyasında, avtomobil sənayesində birgə işimizin dəstəklənməsi və inkişafı məsələlərini müzakirə etdik. Sevindirici haldır ki, COP29 zamanı Bakı Metropoliteninə Rusiyadan gətirilən vaqonlar buraxılıb.

– Sizcə, indi COP29-un təşkil olunduğunu və uğurla həyata keçirildiyini söyləmək mümkündürmü?

– Təbii ki, bunu bir çox beynəlxalq analitiklər də təsdiqləyir. Azərbaycanın regionda və dünya miqyasında yüksək nüfuzu, digər ölkələrlə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulması təcrübəsi və ölkənin müdrik səmərəli rəhbərliyi sayəsində COP29 qlobal iqlim problemlərinin müzakirəsi üçün genişmiqyaslı və əhəmiyyətli platformaya çevrilib. Bu, bir çox ölkəyə hazırda bütün dünya üçün aktual olan qlobal iqlim problemlərinin müzakirəsi imkanı yaratdı. Rusiya nümayəndə heyətinin üzvləri də COP29 çərçivəsində on minlərlə ekspert, alim, rəsmi şəxsin iştirakı ilə keçirilən tədbirlərin ən yüksək səviyyədə təşkilini qeyd etdilər.

– Sizcə, ötən gün Bakıda müzakirə olunan ikitərəfli qarşılıqlı fəaliyyətin hansı aspektlərini Rusiya və Azərbaycan üçün ən aktual və xüsusi əhəmiyyət kəsb edən məsələlər adlandırmaq olar?

– İlk növbədə, bu, əlbəttə ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı inkişafıdır ki, bu da artıq həm Rusiyaya, həm də Azərbaycana daşımaların həcmini artırmağa imkan verir və gələcəkdə yüklərin tranzitinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verəcəkdir. Bu dəhliz vasitəsilə yeni coğrafi məkanlara və Qlobal Cənubun artan bazarlarına daxil oluruq. Həmin layihənin təkcə region deyil, bütün Avrasiya məkanı üçün çox xüsusi əhəmiyyəti var.

Rusiya-Azərbaycan danışıqlarında iqlim gündəmi də prioritet olub. Xəzərin mühafiəzi və onun dayazlaşmasının qarşısının alınması məsələləri hər iki ölkə üçün eyni dərəcədə vacibdir. Bu işi əlaqələndirmək məqsədilə artıq prezidentlərimizin adından yüksək səviyyəli ikitərəfli işçi qrupları yaradılıb.

Bundan əlavə, humanitar əməkdaşlığımızı gücləndirən növbəti birgə təhsil layihəsi çərçivəsində respublika ərazisində Rusiya-Azərbaycan Universitetinin açılması nəzərdə tutulur. Rusiyanın elm və ali təhsil naziri Valeri Nikolayeviç Falkovun COP29-un kuluarlarında bildirdiyi kimi, bu universitetin yaradılması ilə bağlı danışıqlar hazırda aktiv mərhələdədir - onun yeri, miqyası və təhsil proqramları müəyyən edilir.

– Daha hansı Rusiya-Azərbaycan layihələrinin həyata keçirilməsində irəliləyişi qeyd etmək istərdiniz?

– Demək olar ki, bütün birgə proqramlarımızın həyata keçirilməsində müsbət tendensiyaları müşahidə etmək olar. Bunun çox konkret, açıq-aşkar görünən sübutları var. Xüsusilə, oktyabrın sonunda Moskvada açılışının olduğu Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi bütün imkanlardan istifadə edərək rusiyalı turistlər üçün bu istiqaməti populyarlaşdırmaq planları bu qəbildəndir. Turizmi haqlı olaraq təkcə iqtisadiyyatın mühüm sahəsi deyil, həm də əməkdaşlıq, Rusiya və Azərbaycan xalqlarının yaxınlaşmasının ən mühüm amillərindən biri hesab etmək olar. Bu, bir-birimizin mədəniyyətlərini daha yaxından tanımaq, qarşılıqlı anlaşmanı dərinləşdirmək və çoxillik dostluğumuzu və mehriban qonşuluğumuzu möhkəmləndirmək üçün bir fürsətdir.

Ayrı-ayrılıqda, ölkələrimizin MDB və ya BRICS+ kimi beynəlxalq birliklər çərçivəsində fəal qarşılıqlı fəaliyyətini qeyd etmək istərdim ki, bu yaxınlarda keçirilən sammitdə Rusiya və Azərbaycan regional təhlükəsizliyin aktual məsələlərinə dair ortaq mövqelərini təsdiqlədilər.

– Yaxın gələcəkdə Rusiya və Azərbaycanı hansı yeni birgə layihələr gözləyir?

– Burada təkcə 2025-ci il üçün deyil, həm də 2026-cı il üçün nazirliklərimiz tərəfindən razılaşdırılan çoxsaylı mədəni əməkdaşlıq proqramlarını qeyd etmək yerinə düşərdi. Söhbət qarşılıqlı qastrol səfərlərindən, mədəni forumlarda iştirakdan və digər layihələrdən gedir. Xüsusilə, Moskva meriyası hazırda Azərbaycan tərəfi ilə Moskvada Bakı Günlərinin - silsilə konsertlərin, sərgilərin və digər tədbirlərin keçirilməsini planlaşdırır. Bu tədbir rusiyalılara Azərbaycan paytaxtının tarixi və mədəniyyəti haqqında məlumat verəcək. Fəxrlə qeyd etmək istərdim ki, Böyük Vətən müharibəsində ümumi Qələbəmizin 80 illiyinə həsr olunmuş birgə təntənəli tədbirlərə hazırlıq da çox fəal şəkildə davam edir. Rusiya və Azərbaycanı həmişə təkcə ümumi sərhədlər deyil, həm də xalqların yaddaşı, hər zaman bir-birimizə göstərdiyimiz dəstək birləşdirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see331

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see133

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see133

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see132

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see126

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see126

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi

31 Avqust 2025 13:14see116

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see115

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri